Ana səhifə / Mega Bulud Servisi / Mega hostinqdən faylın və qovluğun endirilməsi

Mega hostinqdən faylın və qovluğun endirilməsi

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube istifadəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Meqa hostinqə həsr olunmuş sayca səkkizinci video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu  faylların və qovluqların hostinqdən kompüterə endirilməsi olacaq.

Mega hostinqdən faylın və qovluğun endirilməsi

Əvvəl ki, yeddinci dərslikdə  biz hər bir fayl və qovluq haqqında məlumat əldə edə bildik və qeyd etdik ki, həmin menyuda bir sıra əmrlər var ki, biz onlara aid ayrılıqda dərslik çəkib yerləşdirəcəyik Youtube portalına. Odur ki, bu dərsliklərdən biri də məhz faylların və qovluqların hostinqdən kompüterə endirilməsi mövzusudur, gəlin praktik üsula keçək. Bildiyimiz kimi hər bir qovluq üzərində və ya fayl üzərində sağ düyməni sıxdıqda menyu meydana gəlir və həmin menyuda skacat adlanan bir sətri siz görürsünüz. Təbii ki, Скачать adlanan sətr yəni endirmək adlanan sətr üzərinə siçanın göstəricisini yaxınlaşdırdıqda alt menyu çıxır həmin alt menyuda iki seçim təklif olunur. Seçimlərdən biri ondan ibarətdir ki, Обычная Загрузка yəni adi qaydada endirilmə prosesini həyata keçirir. İkinci sətrdə isə Скачать ZİP yəni zip formatlı arxiv formada faylın kompüterə endirilməsi. Biz qovluğu kompüterimizə endirmək istəyiriksə onun üçün daha rahat üsul Скачать ZİP adlanan sətri seçməkdir.Mega hostinqdən faylın və qovluğun endirilməsiBeləliklə biz Скачать ZİP adlanan sətri seçdikdən sonra ki, mərhələdə aşağıda bir pəncərə meydana gəlir və bu pəncərə vasitəsilə biz müəyyən edə bilirik ki, hal-hazırda endirilmə prosesi hansı şəraitdə gedir. Təbii ki, əgər bu pəncərə yəni aşağıda çıxan Show me adlanan pəncərə ekrandan yoxa çıxdısa bu o, demək deyil ki, proses tamamlandı prosesin tamamlanıb tamamlanmadığı bilmək üçün sadəcə səyyahın aşağı hissəsində yəni Загрузки (yükləmə) hissəsində gözləmək lazımdır ki, həmin fayl Загрузки hissəsinə düşdü ya yox. Gördüyümüz kimi hal–hazırda bizim digər sənədlər adlanan qovluğumuz ZİP fomatında bizə təklif olundu və artıq kompüterimizə endirildi.Ona müraciət üçün sadəcə sol düyməni sıxmağımız kifayətdir ki, o hansı formada olursa olsun açılacaq ekrana və biz həmin qovluğu görəcəyik.Mega hostinqdən faylın və qovluğun endirilməsi

Təbii ki, endirilmə prosesində digər üsul da mövcuddur mən bu üsulu məhz fayl üzərində göstərmək istəyirəm. Bunun üçün biz kompüter təhsili mərkəzi adlanan PowerPoint proqramına məxsus olan bir slayd  faylımızı istəyirik ki, hostinqdən kompüterimizə endirək. Üzərində sağ düymə sıxılır Скачать sətri seçilir bu dəfə biz onu Обычная Загрузка adlanan sətrin köməyi ilə həyata keçirəcəyik. Обычная Загрузка adlanan sətrin üzərində sol düyməni sıxdıqda yenidən Show me adlanan bir pəncərə əmələ gəlir onun üzərində sol düyməni vururuq və prosesin necə tamamlandığının əyani şahidi oluruq. Gördüyümüz kimi artıq status hissəsində Готово yazıldısa bu o deməkdir ki, artıq səyyahın Загрузки yəni yükləmə hissəsinə fayl endirilib.Mega hostinqdən faylın və qovluğun endirilməsiÇox rahatlıqla biz həmin fayla müraciət edib aça bilərik lakin bu fayl kompüterin hansı hissəsində düşüb yəni hansı qovluqda bu fayl gizlənir? Bunu öyrənmək üçün Скачанные файл sətri vurulur və beləliklə səyyahın növbəti səhifəsinə yəni downloads  adlanan səhifəsinə (bu google chromedə bu belə adlanır təbii ki, digər səyyahlarda bu başqa cür olacaq) müraciət etmiş oluruq və gördüyümüz kimi bu yükləmə prosesi məhz mega hostinqin özünün ftp serverindən həyata keçirilir.Özündə mega serves hər bir faylı yadda saxlamaq üçün xüsusi bir qovluq yaradır ki, həmin qovluqda da həmin faylı müəyyən şifrələnmiş kod atlında saxlayır. Əgər biz Показать в папке adlanan sətri vursaq o, zaman bu faylın kompüterimizdə hansı mənbəyə düşdüyünün əyani şahidi olarıq. Gördüyümüz kimi  bu fayllar yükləndikdə yəni kompüterimizə endirildikdə Загрузки adlanan qovluğun daxilinə düşür. Təbii ki, Удалить все sətrini seçməklə burada olan siyahını biz təmizləmiş oluruq. Biz Удалить все sətrini seçirik yüklənmə siyahısını təmizləyirik və həmin pəncərəni bağlayırıq.Mega hostinqdən faylın və qovluğun endirilməsiBeləliklə biz Mega hostinqdən faylın və qovluğun endirilməsi mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün səkkizinci video dərsimdə faydalı olacaq. Növbəti video dərsimiz də bu mövzuya həsr olunacaq  məhz doqquzuncu video dərsliyimizdə şərh edəcəyik. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mega hostinqə həsr olunmuş sayca on beşinci video dərsliyimdə sizləri salamlayıram və bu dərsliyimiz bir növ Mega fayl mübadiləsi hostinqinə həsr olunmuş mini kursumuza yekun vuracaq. Bu video dərsimizdə çalışaçağıq ki, fayl mübadiləsi hostinqinin bir üstün cəhətini də sizə izah edək və çalışaq ki, bu üstün cəhətdən öz işimizdə daha səmərəli istifadə edək. Qeyd etmək istəyirəm ki, fayl mübadiləsi hostinqindən artıq qeydiyyatdan keçmiş bütün istifadəçilər yəqin ki, Вход düyməsinin iş prinsipi ilə tanış olublar.