Ana səhifə / Elektron dərsliklər / CD-ROM və DVD-ROM qurğuları

CD-ROM və DVD-ROM qurğuları

Paylaşmaq!

CD-ROM və DVD-ROM qurğularıSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. CD-ROM qurğuları xüsusi kompakt disklərlə işləyir. Bu disklər musiqili kompakt-disklərə çox oxşayır, ancaq onlarda yüzlərlə meqabayıt kompüter informasiyası olur. CD-ROM qurğusu bu informasiyalarla təxminən sərt disk kimi işləyir. Bundan başqa, CD-ROM qurğuları həm də musiqili kompakt-diskləri səsləndirə bilir. DVD qurğusunun (bəzən ona DVD-ROM deyilir) görünüşü və işləməsi CD-ROM qurğusu kimidir. Ancaq bu qurğu kompakt-disklərlə yanaşı DVD diskləri ilə də işləyir. DVD-Digital Versatile Disk və ya Digital Video Disk sözlərinin qısaltmasıdır.

CD-ROM və DVD-ROM qurğuları

CD-ROM və DVD-ROM qurğuları

Adi kompakt-diskə 640 Mbayt informasiya yerləşir. Standart musiqili kompakt-diskin səsləndirilmə müddəti 80 dəqiqə olur. Birüzlü DVD disklərində 4 Gbayt informasiya saxlamaq olur.CD-ROM və DVD-ROM qurğuları

CD-ROM qurğusunun sürəti nisbi vahidlərlə (X) ölçülür. X işarəsindən öndə duran ədəd bu qurğunun sürətinin ilk CD-ROM qurğusundan neçə dəfə yüksək olmasını bildirir. Beləliklə, 32X indeksli qurğu diskdən informasiyanı ilk CD-ROM qurğusuna nisbətən 32 dəfə sürətlə oxuyur. CD-R/RW qurğusunun təsvirində üç qiymət olur: birinci ədəd yazılış sürətini, ikinci ədəd informasiyanın CD-RW diskinə yenidən (təkrar) yazılış sürətini, üçüncü ədəd isə verilənlərin diskdən oxunma sürətini göstərir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий