Ana səhifə / İKT xəbər / Avropalılar xəbərləri internetdən oxuyur

Avropalılar xəbərləri internetdən oxuyur

Paylaşmaq!

Beynəlxalq internet statistikası şirkəti «ComScore» 2012-ci ilin yanvarında Avropada internet istifadəçiləri ilə bağlı hesablamaları açıqlayıb. Məlum olub ki, avropalıların təxminən yarısı xəbərləri internetdən oxuyurlar.

Avropalılar xəbərləri internetdən oxuyurAvropalılar xəbərləri internetdən oxuyur

Avropanın 49 ölkəsində aparılmış hesablamalarda qitənin ən populyar xəbər saytları da seçilib. «İCTnews»  «Milliyet»ə istinadən bildirir ki, yanvarda ən populyar xəbər saytı İngiltərənin «The Daily Mail» qəzetinin portalı olub. Bu portala yanvar ayında 21, 841 milyon nəfər baxıb. «The Guardian» qəzeti 16,384 milyon nəfərlə ikinci yerdə bərqərar olub. Reytinqdə 3-cü yerdə isə Türkiyənin «Milliyet» qəzetidir. «Milliyet»in yanvar sayına 11,784 milyon nəfər baxıb. ABŞ-ın «The New York Times» qəzetinin saytı da avropalılar arasında ən populyar xəbər mənbələri arasında yer alır. «Avropanın 10 ən populyar qəzetinin xəbər saytı» reytinqinin ilk onluğu:

1. «The Daily Mail» — 21,841 milyon nəfər
2. «The Guardian» — 16,384 milyon
3. «Milliyet» — 11,784 milyon
4. «Hürriyet» — 11,092 milyon
5. «Bild» — 10,991 milyon
6. «El Pais» — 8,75 milyon
7. «El Mundo»- 8,407 milyon
8. «Komsomolskaya Pravda» — 7,9 milyon
9. «The Telegraph» — 6,991 milyon
10. «The New York Times» — 6,892 milyon

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Wordpress Bloqun/videobloqun hazırlanması

WordPress Bloqun/videobloqun hazırlanması

Mən çox şadam ki, informasiya texnologiyaları inkişaf etdikcə, bizdə Azərbaycanda da yerli müəlliflər inkişaf edir! Böyük məmnuniyyətlə Sizə İKT sahəsində milli müəllif olan Fərhad Hüseynovu məsləhət görərdim.

Добавить комментарий