Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. 1642-ci ildə məşhur fransız alimi Blez Paskal ilk hesablama maşınını yaratdı. Hesab əməllərini yerinə yetirmək üçün Paskal abak lövhəsində daşları saymaq əməliyyatını dişli çarxların öz oxu ətrafında fırlanması prinsipi ilə əvəz etdi. Yəni Paskal çarxların üzərində rəqəmləri ifadə edən bölgülər düzəltdi; hər bölgüdə bir rəqəm.
Abakdan hesablayan çarxlara qədər
Çarxların özləri isə ədədin mərtəbələrini ifadə etdi; hər çarx bir mərtəbə təklik, onluq, yüzlük və s. Bu maşın o dövrün adamlarına çox böyük təsir etmişdi, ona hətta poemalar da həsr olunmuşdu. O, hesablama əməlini sürətlə və dəqiq yerinə yetirirdi. Amma…amması o idi ki, Paskalın maşını toplama əməli üçün daha çox yaralı idi,vurma əməlini yerinə yetirmək üçünsə yararsız idi.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır