Ana səhifə / Adobe Fhotoshop / Channels (Каналы) palitrası ilə iş

Channels (Каналы) palitrası ilə iş

Paylaşmaq!

Channels (Каналы) palitrası ilə iş bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Channels (Каналы) palitrası ilə iş

RGB rəng sistemi neçə rəngdən təşkil olunub?

Monitorda istənilən rəng üç əsas rəngin qarışığından alınır: qırmızı (Red), yaşıl (Green) göy (Blue).Channels (Каналы) palitrası ilə işBelə kodlaşdırma sistemi RGB adlanır er-ci-bi» kimi oxunur).

Photoshop proqramında Channels (Каналы) palitrasını ekranda necə aktivləşdirək?Channels (Каналы) palitrası ilə iş

Bunun üçün Photoshop proqramında Окно-Windows menyusuna daxil olub Каналы – Channels sətri seçilir. Bu zaman palitrada Kanal Каналы səhifəsi aktivləşir.Channels (Каналы) palitrası ilə iş

Channels (Каналы) palitrasının işləmə prinsipi necədir?

Bunun üçün aşağıdakı nümunəyə baxaq.

Photoshop proqramında 200×400 pixel ölçüsündə fonu boz olan şəkil vərəqi yaradıb və həmin vərəqə firça aləti ilə 3 dairə çəkirik.Birinci dairə qırmızı (Red). İkinci dairə yaşıl (Green). Üçüncü dairə göy (Blue) olmalıdır.Channels (Каналы) palitrası ilə iş

Kanal ChannelsКаналы səhifəsinə diqqət etdikdə görürük ki, şəklimiz bütövlükdə 3 rəngdən ibarətdir. Rənglərin hamısının qarışığı RGB kanalında öz əksini tapır. Ona görə həmin kanal adi qaydada aktiv olur. Yəni RGB sətrinin qarşısında göz işarəsi aktivdirsə, bu zaman təsvirdə olan bütün rəngləri görmüş oluruq. (Qırmızı,yaşıl və göy rəngləri)Channels (Каналы) palitrası ilə iş

Channels (Каналы) palitrasında qırmızı rəngin aktivləşdirilməsi zamanı nə baş verər ?Channels (Каналы) palitrası ilə iş

Şəkildən göründüyü kimi qırmızı kanalın aktivləşdirilməsi zamanı şəkildə olan digər rənglər dəyişildi.Channels (Каналы) palitrası ilə işNəticədə hansı dairədə qırmızı rəng var idisə həmin dairə ağ, qalan dairələr isə qara rəngə boyandı. Qalan iki dairədə qırmızı rəng olmadığı üçün həmin dairələr qara rəngə boyandı.

Channels (Каналы) palitrasında yaşıl rəngin aktivləşdirilməsi zamanı nə baş verər ?Channels (Каналы) palitrası ilə iş

Şəkildən göründüyü kimi yaşıl rəng  kanalının aktivləşdirilməsi zamanı şəkildə olan digər rənglər dəyişildi.Channels (Каналы) palitrası ilə işNəticədə hansı dairədə yaşıl rəng var idisə həmin dairə ağ, qalan dairələr isə qara və boz rəngə boyandı. Qalan iki dairədə yaşıl rəng olmadığı üçün həmin dairələr qaraboz rəngə boyanır. Qara rəngə boyanan dairə-qırmızı rəngi, boz rəngə boyanan dairə isə özündə göy rəngi əks etdirirdi.

Channels (Каналы) palitrasında göy rəngin aktivləşdirilməsi zamanı nə baş verər ?Channels (Каналы) palitrası ilə iş

Şəkildən göründüyü kimi göy rəng  kanalının aktivləşdirilməsi zamanı şəkildə olan digər rənglər dəyişildi.Channels (Каналы) palitrası ilə işNəticədə hansı dairədə göy rəng var idisə həmin dairə ağ, qalan dairələr isə qara və boz rəngə boyandı. Qalan iki dairədə göy rəng olmadığı üçün həmin dairələr qaraboz rəngə boyanır. Qara rəngə boyanan dairə-qırmızı rəngi, boz rəngə boyanan dairə isə özündə yaşıl rəngi əks etdirirdi.

Sinif və Ev tapşırığı Bol rəng çalarına malik təsviri proqrama çağırırıq. Öyrəndiyimiz əməliyyatları şəkil üzərində tətbiq edirik.Channels (Каналы) palitrası ilə iş

Beləliklə biz Channels (Каналы) palitrası ilə iş mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …