Fotoşəkildəki deffektlərin, cızıqların düzəldilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Fotoşəkildəki deffektlərin, cızıqların düzəldilməsi
Hansı alətlər şəkildə deffektlərin, cızıqların düzəldilməsini aparmağa imkan verir?
- Spot Healing Brush Tool
- Healing Brush Tool.
- Patch Tool.
- Clone Stamp
Spot Healing Brush Tool alətinin iş prinsipi
Dəridəki qüsurların silinməsindən başlayaq. Dəridə olan xırda qüsurları Spot Healing Brush Tool aləti ilə daha sürətli və daha sadə silmək olar. Alətin xassələr panelində Proximity Match-ı qabaqcadan göstərmək lazımdır.
Healing Brush Tool alətinin iş prinsipi
Dəridə olan iri qüsurları Healing Brush Tool aləti ilə daha sürətli və daha sadə silmək olar. Bunun üçün Alt düyməsini sıxırıq və «sağlam» hissənin (şəkildə xaç mənbəyi göstərir) yanında dərinin sahəsini göstəririk.
Patch Tool alətinin iş prinsipi
Dəridə olan iri qüsurları Patch Tool aləti ilə daha sürətli və daha sadə silmək olar. Çapığı dairələyirik, alətin xassələr panelində Source bəndini göstəririk. Sonra yerinə dairələnmiş sahəni, çapıq yanındakı təmiz dəriyə daşıyırıq.
Clone Stamp Tool alətinin iş prinsipi
Dəridə olan iri qüsurları Clone Stamp Tool aləti ilə daha sürətli və daha sadə silmək olar. Clone Stamp Tool (Ştamp aləti) aləti klaviaturada S düyməsini sıxmaqlada çağırmaq olar. Şəkildəki deffektləri daha profisseonal silmək olur.
Beləliklə biz Fotoşəkildəki deffektlərin, cızıqların düzəldilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır