Ekranın ölçüsü və göstərmə qabiliyyəti. Fərdiləşdirmə paneli bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Ekranın ölçüsü və göstərmə qabiliyyəti. Fərdiləşdirmə paneli
“Fərdiləşdirmə” termini dedikdə nə başa düşülür?
“Fərdiləşdirmə” termini dedikdə o başa düşülür ki, siz kompüterinizi əsl fərdi kompüter edirsiniz, onun əməliyyat sistemini öz zövqünüzə və tələbatınıza uyğun hala salırsınız. Fərdiləşdirmə termini son zamanlar kompüter texnikasında geniş yayılmışdır, məsələn, bəzi İnternet saytını da fərdiləşdirmək olur, Google axtarış sisteminin əsas səhifəsi sizə imkan verir ki, siz özünüz seçin ki, o sayta daxil olanda ilkin olaraq hansı xəbərləri görəsiniz.
Ekran tənzimləmələri harda yerləşir?
Ekran tənzimləmələrinə daxil olmaq üçün İlk öncə İdarəetmə Paneli (Control Panel — панель управления)-ə daxil oluruq.
Ekran ayarlarını tənzimləmək (adjust screen resolution — настроить разрешение экрана) daxil oluruq.
Ekran görünüşü (Resolution — разрешение ) — Buradan ekranın ölçüsünü və istiqamətini təyin edirik.
Oriyentasiya (Orientation — ориентация) bölməsinə daxil oluruq. Buradan isə ekranın görüntüsünü təyin edirik. Daha sonra Apply düyməsini vurub sonra isə Ok klik edirik.
Beləliklə biz Ekranın ölçüsü və göstərmə qabiliyyəti. Fərdiləşdirmə paneli mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır