Windows-un istifadəçi qrafik interfeysi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Windows-un istifadəçi qrafik interfeysi
İnterfeys nədir?
- İnterfeys (ing. interface ) — iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsidir. Hesablama texnikasında çeşidli interfeyslər ən müxtəlif səviyyələrdə gerçəkləşdirilib.
- İnterfeys–Əməliyyat sisteminin bütün daxili «idarəetmə vasitələrini» insana aydın olan qrafiki formaya çevirən məsələnin vasitəçisidir, tərcüməçisidir.
Windows əməliyyat sistemlərini digər əməliyyat sistemlərindən fərqləndirən nədir?
Windows əməliyyat sistemlərini digər əməliyyat sistemlərindən fərqləndirən ən böyük nailiyyət onun interfeysidir. Windows yüklənəndən dərhal sonra ekranda görünən onun interfeysidir. İnterfeys– Windows əməliyyat sisteminin qrafiki «örtüyüdür», hansı ki, onun köməyilə istifadəçilər əməliyyat sistemi ilə ünsiyyət yaradırlar. Windows əməliyyat sistemində işləyən zaman ekranda nə görürüksə, hamısı interfeysə aiddir.
Beləliklə biz Windows-un istifadəçi qrafik interfeysi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır