PowerPoint obyektlərin ölçülərinin dəyişdirilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
PowerPoint 2016 proqramında obyektlərin ölçülərinin dəyişdirilməsi
Obyektlərin ölçülərinin dəyişdirilməsi üçün hansı üsullar mövcuddur?
Üsul 1. Obyektlərin ölçülərini ixtiyarı olaraq dəyişmək. Siçan (Mouse) vasitəsilə.
Əgər biz obyekt olaraq fiqurun, şəklin və ya digər obyektlərin ixtiyari olaraq ölçülərini dəyişmək istəyiriksə, bu zaman aşağıdakılar yerinə yetirilir.
- Obyekt PowerPoint proqramında yaradılır.
- Obyektin üzərində şəffaf yumru dairələr meydana gəlir.
- Həmin dairələrin istənilən birinə siçanın göstəricisini yaxınlaşdırıb istənilən istiqamətə dartıb buraxırıq.
- Shift düyməsi sıxılı saxladıqda obyektin ölçüsü hər tərəfə bərabər istiqamətdə dəyişiləcək.
Üsul 2. Obyektin ölçülərini Format lentinin köməyi ilə dəyişmək.
Əgər biz obyekt olaraq fiqurun, şəklin və ya digər obyektlərin ölçülərini dəqiq dəyişmək istəyiriksə, bu zaman aşağıdakılar yerinə yetirilir.
- Obyekt PowerPoint proqramında yaradılır. Obyekti qeyd edirik.
- Format lentinə müraciət edirik.
- Lentin Size ( Размер) alətlər qrupunda ölçüləri dəyişmək olar.
Üsul 3. Obyektin ölçülərini Konteks menyunun köməyi ilə dəyişmək.
Əgər biz obyekt olaraq fiqurun, şəklin və ya digər obyektlərin ölçülərini dəqiq dəyişmək istəyiriksə, bu zaman aşağıdakılar yerinə yetirilir.
- Obyekt PowerPoint proqramında yaradılır. Obyekti qeyd edirik. Siçanın sağ düyməsini obyekt üzərində vururuq.
- Açılan konteks menyudan Размер и положение əmrini seçirik.
- Формат рисунка adlanan panel vasitəsilə ölçüləri dəyişirik.
Beləliklə biz PowerPoint obyektlərin ölçülərinin dəyişdirilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır