PowerPoint 2016 obyektlərin formatlaşdırılması bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 PowerPoint 2016 obyektlərin formatlaşdırılması
- 1.1 PowerPoint proqramında obyekt dedikdə nə başa düşülür?
- 1.2 Obyektlərin formatlaşdırılması üçün hansı lentin imkanlarından istifadə olunur?
- 1.3 Fiqurların formatlanması
- 1.4 WordArt obyektlərin formatlanması
- 1.5 Cədvəllərin formatlanması
- 1.6 SmartArt obyektlərin formatlanması
- 1.7 Diaqramların formatlanması
PowerPoint 2016 obyektlərin formatlaşdırılması
PowerPoint proqramında obyekt dedikdə nə başa düşülür?
PowerPoint 2016 proqramında hər bir şəkilə, diaqrama, cədvələ, mətn qutusuna bir obyekt kimi baxılır. İstənilən obyekti seçib onun yerini dəyişdirmək, çevirmək, rəngləmək olar.
Obyektlərin formatlaşdırılması üçün hansı lentin imkanlarından istifadə olunur?
İstənilən obyekti məsələn fiqur obyektini seçdikdə, ona müvafiq olaraq Format (Формат) lenti meydana gəlir. Lentin alətlərinin köməyi ilə qeyd olunmuş obyektləri formatlaya bilərik. Obyektin təyinatından asılı olaraq format lentindən olan alətlərdə dəyişə bilər.
Fiqurların formatlanması
Fiqurun formatlanması üçün Format (Формат) lentində olan Fiqurların tərtibatı (Стили фигур) alətlər qrupunun düymələrindən istifadə etmək olar.
WordArt obyektlərin formatlanması
WordArt obyektlərinin formatlanması üçün Format (Формат) lentində olan WordArt tərtibatı (Стили WordArt) alətlər qrupunun düymələrindən istifadə etmək olar.
Cədvəllərin formatlanması
Cədvəllərin formatlanması üçün Konstruktor (Конструктор) lentində olan Cədvəlin tərtibatı (Стили Таблиц) alətlər qrupunun düymələrindən istifadə etmək olar.
SmartArt obyektlərin formatlanması
SmartArt obyektlərin formatlanması üçün Konstruktor (Конструктор) lentində olan SmartArt obyektlərin tərtibatı (Стили SmartArt) alətlər qrupunun düymələrindən istifadə etmək olar.
Diaqramların formatlanması
Diaqramların formatlanması üçün Konstruktor (Конструктор) lentində olan Diaqramların tərtibatı (Стили диаграмм) alətlər qrupunun düymələrindən istifadə etmək olar.
Beləliklə biz PowerPoint 2016 obyektlərin formatlaşdırılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır