Ana səhifə / KRİ modulu / Skaner və onun tətbiq sahələri

Skaner və onun tətbiq sahələri

Paylaşmaq!

Skaner və onun tətbiq sahələri bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Skaner və onun tətbiq sahələri

Skaner nədir?

Mətn və qrafiki informasiyanın surətini çıxarıb kompüterə daxil etmək üçün skaner (Scaner) qurğusundan istifadə edilir. Başqa sözlə desək Skaner [Scanner] gerçək görüntünün  rəqəmli surətini yaratmaq üçün qurğudur. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet və jurnal surətlərinin kompüterdə təkrar istifadə edilməsini təmin edir.Skaner və onun tətbiq sahələri

Planşet skanerlər (FLATBED SCANNER)

Kserokopiya aparatına oxşayırlar. Kserokopiya sənədin surətini kağız üzərinə köçürür, skaner isə elektron formada kompüterin yaddaşına köçürür. Skanerin əsas hissəsi işıq lampasından, optik güzgü sistemindən və fotoelementlərdən təşkil olunmuş blokdan ibarətdir. Skanerin qapağını qaldıranda şüşə görürük, şüşənin altında hərəkət edən başlıq yerləşir. Skan etmək istədiyimizi üzü aşağı qoyuruq və qapağı bağlayırıq. Ya skanerin üzərində olan düyməni, ya da kompüterdə proqram təminatı varsa müvafiq düyməni vurmaqla skan prosesi başlayır. Skan prosesində qapağı qaldırmaq olmaz.Skaner və onun tətbiq sahələri

Skaner və onun tətbiq sahələri

Səhifə skanerləri (Page scanner)

Skaner və onun tətbiq sahələri

Slayd skanerləri (SLIDE SCANNER)

Skaner və onun tətbiq sahələri

Əl skanerləri (HANDHELD SCANNER)

Skaner və onun tətbiq sahələri

3D Skan nədir?

Üçölçülü və ya 3D skan— bu, real obyektin fiziki formasının rəqəmsal formaya obyektə toxunmadan çevrilmə prosesidir. Prosesin nəticəsi, obyektin səth poliqonları haqqında məlumat toplanan fayl şəklində obyektin üçölçülü modelidir. Fayl STL formatındadır, onu digər formatlara (OBJ, WRML, ASCII, 3ds, PLY, PTX ya X) da çevirmək mümkündür və onu 3D modelləşdirmə və ya CAD-layihələndirməyə aid hər növ proqramlarla açmaq mümkündür.Skaner və onun tətbiq sahələri

3D skanerin tətbiqi

  • Üçölçülü skan xidmətlərinə insan həyatının müxtəlif sahələrində tələbat var. 3D skan xidmətlərinə daha çox müraciət edilir:
  • Təməl məhsul üçün orijinal texniki sənədləşmə olmadığında məmulatların, həmçinin cihazların, ehtiyyat hissələrinin və aksessuarların layihələndirilməsi;
  • Mürəkkəb formaların, o cümlədən bədii forma qəliblərin səthlərinin 3D rəqəmsallaşması;
  • Gələcəkdə obyektin RPİ (rəqəmsal proqramla idarə) dəzgahında və yaxud 3D printerdə istehsalı üçün obyektin üçölçülü modelinin yaradılması;
  • Müxtəlif ortopedik qoruyucu cihazların yaradılması yoxlanılmasıinsanın bədəninin hissələrinin 3D çapı identik real şəxsin üçölçülü əkizinin alınmasının sürətli təhlükəsiz üsuludur;
  • Dəqiq surətlərin və ya obyektlərin surətlərinin yaradılması üçün

Beləliklə biz Skaner və onun tətbiq sahələri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий