Ana səhifə / ŞÜİOR / İnternetdə şəbəkə ünvanları və indeksləri

İnternetdə şəbəkə ünvanları və indeksləri

Paylaşmaq!

İnternetdə şəbəkə ünvanları və indeksləri bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İnternetdə şəbəkə ünvanları və indeksləri

Kompüter şəbəkələrində ünvanlama nə üçün lazımdır?

Kompüter şəbəkələrində kompüterlərin bir-birini birmənalı şəkildə identifikasiya etməsi üçün onlara ünvanlar verilir. İnternetdə şəbəkə ünvanları və indeksləri

Ünvanların hansı növləri mövcuddur?

1.Fiziki (lokal) ünvan 2.Şəbəkə ünvanı (IP-ünvan) 3.Domen adı 4.Resursların universal identifikasiyası (URL — Uniform Resource Locator)

Fiziki (lokal) ünvan kim tərəfindən təyin olunur? Fiziki (lokal) ünvan nə üçün istifadə olunur?

Fiziki (lokal) ünvan — altşəbəkə hüdudunda qovşaqların identifikasiyası üçün istifadə edilir.İnternetdə şəbəkə ünvanları və indeksləriQovşağın fiziki (lokal) ünvanı onun daxil olduğu şəbəkənin istifadə etdiyi texnologiya ilə müəyyən olunur. Lokal şəbəkə qovşaqları üçün, bu, şəbəkə adapterinin MAC-ünvanıdır, məsələn, 11-А0-17-3D-BC-01. Bu ünvan avadanlığın istehsalçısı tərəfindən təyin olunur və unikal ünvandır.İnternetdə şəbəkə ünvanları və indeksləriLokal şəbəkələrin bütün mövcud texnologiyaları üçün MAC-ünvan 6 bayt formata malikdir.

Şəbəkə ünvanı (IP-ünvan) nədir?

Kompüter şəbəkələrində verilənlərin ötürülməsinin təmin edilməsi üçün şəbəkəyə qoşulmuş hər bir qovşağın birmənalı şəkildə identifikasiya edilməsi imkanı olmalıdır. Bu IP-ünvanlamanın köməyi ilə mümkündür. Kompüter şəbəkəsinə qoşulmuş bütün kompüterlər, printerlər, marşrutlayıcılar və s. qovşaq sayılır və şəbəkədə qarşılıqlı əlaqədə olmaq üçün heç olmasa bir IP-ünvana malik olmalıdırlar.İnternetdə şəbəkə ünvanları və indeksləri

Domen adları sistemi DNS nədir?

Domen adları — kompüterin simvol adıdır. Simvol identifikator — addır, məsələn, SERV1.IBM.COM. Bu ünvan inzibatçı tərəfindən təyin olunur və bir neçə hissədən ibarətdir. Təşkilatların domen adlarına misallar aşağıdakılardır: com komersiya təşkilatları; edu təhsil təşkilatları; gov dövlət təşkilatları; org qeyri-komersiya təşkilatı;net şəbəkə təşkilatları.İnternetdə şəbəkə ünvanları və indeksləri

URL nədir?

URL (Uniform Resource Locator – resursların universal göstəricisi) – İnternetdə kompüterin, kataloqun və ya faylın birmənalı identifikasiyası üçün işarələmə sistemidir.İnternetdə şəbəkə ünvanları və indeksləri

Beləliklə biz İnternetdə şəbəkə ünvanları və indeksləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий