Ana səhifə / ŞÜİOR / Kompüterin lokal şəbəkəyə qoşulması

Kompüterin lokal şəbəkəyə qoşulması

Paylaşmaq!

Kompüterin lokal şəbəkəyə qoşulması bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterin lokal şəbəkəyə qoşulması

İşçi qrup nədir?

Kompüterin lokal şəbəkəyə qoşulmasıWindows əməliyyat sistemi vasitəsilə kompüterlər arasında lokal şəbəkənin necə yaradılması, eləcə də şəbəkə resurslarından birgə istifadə etmək üçün onlara çıxışın necə açılması ilə tanış olaq. Bu gün, demək olar ki, hər bir evdə Wi-Fi yönləndiricilər olduğundan əlavə avadanlıqlardan istifadə etmədən evdə də lokal şəbəkə qurmaq olar.

Öncə şəbəkəyə qoşulacaq kompüterlər üçün ümumi işçi qrup yaratmaq lazımdır.

Windows-da işçi qrupun yaradılması hansı ardıcıllıqla yerinə yetirilməlidir?

  • Run (Çalışdırma) dialoq pəncərəsinə müraciət etmək.
  • System Properties (Sistemin özəllikləri) pəncərəsini açmaq.
  • Workgroup (İşçi qrup) sahəsində kompüterin adını müəyyən etmək.
  • Control Panel (İdarəetmə paneli) pəncərəsində şəbəkə ilə bağlı digər dəyişiklikləri aparmaq.
  • Turn off password protected sharing parolla müdafiə paylaşımını söndürmək.

Run (Çalışdırma) dialoq pəncərəsinə müraciət etmək üçün aşağıdakılar yerinə yetirilir.

<Win + R> klavişlər kombinasiyasını basın. Run (Çalışdırma) dialoq pəncərəsi açılacaq.Kompüterin lokal şəbəkəyə qoşulmasıKompüterin lokal şəbəkəyə qoşulması

System Properties (Sistemin özəllikləri) pəncərəsini müraciət qaydası

Open () sahəsinə sysdm.cpl komandasını daxil edin və OK düyməsini çıqqıldadın. System Properties (Sistemin özəllikləri) pəncərəsi açılacaq.Kompüterin lokal şəbəkəyə qoşulmasıKompüterin lokal şəbəkəyə qoşulması

Workgroup (İşçi qrup) sahəsində kompüterin adını müəyyən etmək üçün aşağıdakılar yerinə yetirilir.

Workgroup (İşçi qrup) sahəsində kompüterinizin daxil olduğu işçi qrupun adı – WORKGROUP göstərilib. Qrupun adını dəyişmək üçün Change (Dəyişdir) düyməsini çıqqıldadın və yeni adı daxil edin (bu zaman yalnız ingilis əlifbasının hərflərindən istifadə edin). Unutmayın ki, işçi qrupun adı şəbəkəyə qoşulacaq bütün kompüterlərdə eyni olmalıdır.Kompüterin lokal şəbəkəyə qoşulması

Control Panel (İdarəetmə paneli) müraciət üçün aşağıdakılar yerinə yetirilir.

Bunun üçün Start (Başla) menyusuna daxil olub Control Panel (İdarəetmə paneli) sətri seçilir.Kompüterin lokal şəbəkəyə qoşulmasıKompüterin lokal şəbəkəyə qoşulması

Network and Internet (Şəbəkə İnternet) bölümündə View network status and tasks (Şəbəkə durumuna tapşırıqlarına baxış) bəndini seçin. Açılan Network and Sharing Center (Şəbəkə paylaşım mərkəzi) pəncərəsində Change advanced sharing settings (Əlavə paylaşım parametrlərini dəyişdir) bəndini seçin.Kompüterin lokal şəbəkəyə qoşulması

Parolla müdafiə paylaşımını söndürmək

Sonuncu Password protected sharing (Parolla müdafiə paylaşımı) bölümündə Turn off password protected sharing (Parolla müdafiə paylaşımını söndür) variantını seçin və dəyişiklikləri yazıb saxlayın.

Kompüterin lokal şəbəkəyə qoşulması

Beləliklə biz Kompüterin lokal şəbəkəyə qoşulması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий