Ana səhifə / Microsoft Office Publisher 2003 / Publisher 2003 ikiüzlü vizit kartın hazırlanması

Publisher 2003 ikiüzlü vizit kartın hazırlanması

Paylaşmaq!

Publisher 2003 ikiüzlü vizit kartın hazırlanması

Publisher 2003 ikiüzlü vizit kartın hazırlanması bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003 proqramına həsr olunmuş on birinci elektron dərsliyimdə salamlayıram.

Vizit kartının arxa tərəfinə başqa faydalı məlumatlar, məsələn, iş yerinə gəlmək üçün sxem əlavə etmək olar. Çox zaman isə arxa tərəfdə, üz tərəfdə olan məlumatların başqa dilə tərcüməsi verilir.

İkiüzlü vizit kartı yaratmaq üçün:Publisher 2003 ikiüzlü vizit kartın hazırlanmasıBusiness Card Options-Vizit kartın parametrləri-Параметры визитная карточки tapşırıqlar panelinin Orientation-Ориентация-İstiqamət bölümündə Portrait-Книжная (portret, kitab), yaxud Landscape-Альбомная (mənzərə, albom) variantını seçin.

Publisher 2003 ikiüzlü vizit kartın hazırlanması

Publisher 2003 ikiüzlü vizit kartın hazırlanmasıPublisher 2003 ikiüzlü vizit kartın hazırlanmasıInsert-Вставка-Yerləşdirmək menyusunda Page-Səhifə-Страница əmrini seçin. Insert Page-Səhifənin əlavə olunması-Добавление страницы dialoq boksu açılacaq. After current page-После текущей variantını və digər başqa lazımi parametrləri seçin. Məsələn, əgər vizit kartının arxa tərəfində şirkətin devizi veriləcəksə, Create one text box on each pageСоздать текстовое поле на каждой странице parametrini seçin. Əgər arxa tərəfdə, üz tərəfdəki məlumatların başqa dildə tərcüməsi veriləcəksə, Duplicate all objects on page-Скопировать все обьекты на странице variantını seçmək olar. Bu zaman üz tərəfdəki məlumatlar arxa tərəfə köçürüləcək. Arxa tərəfə başqa lazım bildiyiniz mətni, görüntünü əlavə edin. Vizit kartının arxa tərəfi istədiyiniz şəkil aldıqda, onu yaddaşda saxlayın.Vizit kartının təqdim olunması. İşgüzar etiket qaydalarına görə vizit kartı həmsöhbətə görüşün başlanğıcında sağ əllə və kartın üz tərəfi yuxarı olmaqla təqdim olunur. Vizit kartının işgüzar danışıqların sonunda təqdim olunması qabaqcadan bu danışıqlara və həm- söhbətə marağın olmamasına dəlalət edir. Vizit kartının alınması. Vizit kartını alan kimi, onu cibinizə, yaxud portfelinizə qoymazdan öncə diqqətinizi ona cəmləşdirin və orada yazılanları diqqətlə oxuyun. Bununla siz qarşınızdakına öz hörmətinizi və marağınızı nümayiş etdirmiş olursunuz. Danışıqlar zamanı həmsöhbətinizin adında, yaxud vəzifəsində səhv etməmək üçün vizit kartını qarşınıza qoya bilərsiniz.

Publisher 2003 ikiüzlü vizit kartın hazırlanması üçün nümunə faylını buradan yükləyə bilərsiniz.

Beləliklə biz Publisher 2003 ikiüzlü vizit kartın hazırlanması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması

Publisher proqramında dəvətnamələrin yaradılması

New Publication- Новая Публикация-Yeni nəşrlər tapşırıqlar panelində nəşr növləri siyahısından Publications for Print- Публикация для печати-Çap üçün nəşrlər növünü, sonra isə Открытки-Dəvətnamələr növünü seçin.

Добавить комментарий