Publisher 2003 proqramının əsas alətləri
Publisher 2003 proqramının əsas alətləri bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003 proqramına həsr olunmuş üçüncü elektron dərsliyimdə salamlayıram. Digər Office proqramlarında olduğu kimi Microsoft Office Publisher 2003 proqramında da əsas yeri proqramın özünə məxsus alətlər paneli tutur. Bu panellərin bəziləri ilə artıq digər proqramlardan tanışsınız. Microsoft Office Publisher 2003 proqramında əsas üstünlük 4 panelə verilmişdir. Bunlar aşağıdakılardır.
1. Standart alətlər paneli-Стандартная
2. Format alətlər paneli-Форматирование
3. Obyekt alətlər paneli-Обьект
4. Mətn sahəsi ilə əlaqələndirmək-Связать текстовые поле
Publisher 2003 proqramının əsas alətləri
Standart alətlər panelindəki düymələrinin köməyi ilə bir sıra standart əməliyyatları yerinə yetirmək olar. Məsələn, maket əsasında yeni nəşrin yaradılması, mövcud nəşrin (faylın) proqrama çağrılması, yaradığımız nəşri (bülleteni, blankı, bukleti və sair) yaddaş vermək, nəşri çap etmək, çapdan öncə baxış etmək, proqramın sorğu materialın istifadə etmək, nəşrdə olanmətnləri orfoqrafik və qrammatik cəhətdən yoxlamaq, mətn və digər obyektləri kəsmək, surətini çıxarmaq,yerləşdirmək, nümunəyə görə formatı seçmək, əməliyyatı təkzib və təkrar etmək, hiperistinad yerləşdirmək, veb səhifəyə çapdan öncə baxış etmək, mətni sütünlara bölmək, çap olunmayan işarələri aktivləşdirmək, nəşrin miqyasını dəyişmək, obyektləri müxtəlif istiqamətlərə döndərmək və obyektlərin nəşrdə olan mövqelərini təyin etmək olar.
Format alətlər panelindəki düymələrin köməyi ilə mətn üçün tərtibat nümunələri seçmək,mətnin şriftini dəyişmək, şriftin ölçüsünü dəyişmək, mətni qalınlaşdırma, mətni maili etmək, mətnin altından xətt çəkmək, abzasları düzləndirmək, sətrlərarası intervalı dəyişmək, siyahıları nömrələmək və markerləmək, sətrin və ya abzasın sağa və ya sola sürüşdürmək, mətnin fon rəngini,xəttin və şriftin rəngini dəyişmək, seçilmiş obyektə kölgə və həcm əlavə etmək kimi formatlama əməliyyatlarını tətbiq etmək olar.
Obyekt alətlər panelinin köməyi ilə nəşrimizə müxtəlif obyektlər əlavə etmək olar. Məsələn, buklet və bülletenimizdə olan obyektlər qrupunu seçmək, mətn qutusu obyektini əlavə etmək, nəşrimizə cədvəl yerləşdirmək, şəkil və WordArt obyektləri əlavə etmək, müxtəlif fiqurlar, fiqurlu oxlar, avtofiqurlar yaratmaq, müxtəlif obyektlər toplanan kitabxanadan istifadə etmək olar.Mətn sahəsi ilə əlaqələndirmək alətlər panelinin düymələrinin köməyi ilə mətn çərçivəsinə yerləşməyən mətnin qonşu mətn obyekti sahəsinə köçürülməsi təmin olunur.
Beləliklə biz Publisher 2003 proqramının əsas alətləri mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır