Publisher 2003 proqramının interfeysi
Publisher 2003 proqramının interfeysi bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003 proqramına həsr olunmuş ilk elektron dərsliyimdə salamlayıram.
Proqramı yükləmək üçün Пуск – Все программы – MS Office — Microsoft Office Publisher 2003 əmrlərini ardıcıl seçirik. Ekrana proqram pəncərəsi açılır.
Pəncərənin sol tərəfində tapşırıqlar paneli yerləşir.
Microsoft Office Publisher 2003 proqramında hazırlanan nəşr məhsullarının bütün elementləri bir – birlərindən asılı deyil. İstənilən elementin yerini, ölçülərini, formasını və xarici görünüşünü dəyişmək olar.
Microsoft Office Publisher 2003 proqramının interfeysində ənənəvi olaraq digər Office proqramlarına məxsus elementlər mövcuddur. Bunlar aşağıdakılardır.
Publisher 2003 proqramının interfeysi
1. Proqramın başlıq sətri və onun üzərində proqram pəncərəsini idarə edən 3 düymə vardır. Başlıq sətrinin üzərində proqramın adı və onun simgəsi təsvir olunur.
2. Proqramın menyu sətri. Menyu sətri ayrı-ayrı bölmələrdən ibarət olan menyulardan təşkil olunub. Menyuların sayı 10 ədəddir. Digər Office paketinə məxsus olan proqramlardan fərqli olaraq Microsoft Office Publisher 2003 proqramında Расположение-Mövqe(vəziyyət,düzmə) menyusu bu proqrama məxsus olan menyudur.
3. Menyu sətrinin aşağısında müxtəlif alətlər paneli yerləşir. Adətən proqram ekrana çağrılarkən 4 alət paneli ekranda aktiv olur.
4. Proqraın sol tərəfində yerləşən Yeni Nəşrlər (Новая Публикация) paneli
Beləliklə biz Publisher 2003 proqramının interfeysi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır