Ana səhifə / Word 2007 / Word 2007 proqramında abzasların düzlənməsi

Word 2007 proqramında abzasların düzlənməsi

Paylaşmaq!

Word 2007 proqramında abzasların düzlənməsi bu gün ki, video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərsliyimdə salamlayıram. Hər şeydən onu bildirim ki, istər yeni istifadəçi, istərsə də bu sahəsə az-çox təcrübəsi olan istifadəçi sənəd yığarkən bu mövzu ilə hökmən rastlaşır. Bu mövzunu tətbiq etməklə yığdığı sənədin xarici görünüşündə dəyişiklik apara bilir.Word 2007 proqramında abzasların düzlənməsiMətnin xarici görünüşünün dəyişdirilməsi üsullarından biri də abzasların düzləndirilməsidir. Abzasları düzləndirmək üçün Word-ün bir sıra versiyalarında kifayət qədər maraqlı üsullar təklif olunur. Bildirmək istəyirəm ki, Word 2003 proqramında abzasların düzləndirilməsi üçün istifadə olunan düymələr formatlaşdırma alətlər panelinə bərkidilmişdirsə, Microsoft Word 2007 proqramında isə bu düymələr Главная lenti üzərində yerləşən Абзац adlanan paneldə verilmişdir.Word 2007 proqramında abzasların düzlənməsiİlk növbədə düzləndirmə dedikdə nə başa düşülür ? Gəlin bu anlayışa tərif verək. Düzləndirmə dedikdə səhifənin sahələrinə nisbətdə abzasın mövqeyi başa düşülür. Düzləndirmə əməliyyatını əyani tətbiq etmək üçün bütövlükdə mətndəki abzas seçilməlidir.
Word 2007 proqramında abzasların düzlənməsiSonra isə Главная lentinə müraciət edirik. Абзац adlanan bölmədə düzləndirmə əməliyyatlarını yerinə yetirmək üçün dörd düymə vardır.Word 2007 proqramında abzasların düzlənməsiBu düymələrdən biri по левуму краюsola tərəf düzləndirmə düyməsi sənəd yaradılarkən avtomatik olaraq sənədə tətbiq olunur.Word 2007 proqramında abzasların düzlənməsiƏgər biz qeyd olunmuş mətnimizi mərkəzə doğru düzləndirmək istəyiriksə, onda Абзац adlanan bölmədə по центру — mərkəzə doğru düzləndirmə düyməsi vurulmalıdır.Word 2007 proqramında abzasların düzlənməsiKlaviatura ilə bu əməliyyatı tətbiq etmək üçün Ctrl düyməsi sıxılı vəziyyətdə E hərfi vurulmalıdır. Gördüyümüz kimi sənədimizdəki abzasımız mərkəzə doğru düzləndi.Word 2007 proqramında abzasların düzlənməsiƏgər biz qeyd olunmuş mətnimizi sağa doğru düzləndirmək istəyiriksə, onda Абзац adlanan bölmədə по правуму краю- sağa tərəf düzləndirmə düyməsindən istifadə etməliyik.Word 2007 proqramında abzasların düzlənməsiGördüyümüz kimi sənədimizdə qeyd olunmuş abzasımız sağa tərəf düzləndi.Word 2007 proqramında abzasların düzlənməsiАбзац adlanan bölmədə daha çox istifadə olunan və baxımlı sənədlərin yaradılmasında istifadə olunan düymələrdən biri də по ширине- vərəqin eni boyu düzlənmə düyməsidir.Word 2007 proqramında abzasların düzlənməsiПо ширине düyməsinin tətbiqi zamanı sənədimizdəki qeyd olunmuş abzasımız hər iki istiqəmətə eyni qayda ilə düzlənir.Word 2007 proqramında abzasların düzlənməsiHesab edirəm ki, bütün sənədlərin daxil edilməsi zamanı məhz istifadəçi bu düyməni sıxmalı və bu zaman sənəd daha baxımlı formada görsənəcək.

Word 2007 proqramında abzasların düzlənməsi

Bütün mətnləri məhz bu düymənin köməyi ilə daha baxımlı formada düzləndirmək olar. Məntlərin düzləndirilməsi zamanı istifadə etdiyimiz düymələri konteks menyunun köməyi ilə yerinə yetirmək olar. Bunun üçün mətnimizdəki abzas qeyd olunur. Sonra isə üzərində siçanın sağ düyməsi sıxılır.Word 2007 proqramında abzasların düzlənməsiAçılan konteks menyudan Абзац əmrinə daxil olmaqla və ya düzləndirmə düymələrindən istifadə etməklə aparmaq olar. Gələcək dərslərimizdə Абзац bölməsi haqqında daha geniş məlumat verəcəyik. Bu video dərsimizdə sadəcə düymələrin köməyi ilə necə düzləndirmə əməliyyatlarını aparmağı göstərdik.
Beləliklə biz Word 2007 proqramında abzasların düzlənməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

İlk növbədə hal-hazırda qəbul olunmuş düzləndirmə variantı bizdə burada Выровнять сверху по левому краю-Sol yuxarı küncə tərəf düzləndirmə variantı seçilir. Biz düzləndirməni digər bir varianta yəni sola və mərkəzə doğru düzləndirməyə doğru dəyişməyə çalışacağıq və yaxud da aşağıya doğru düzləndirmə əməliyyatını seçsək bu şəkildə mümkün olacaq.

Добавить комментарий