Ana səhifə / Word 2007 / Proqramda sənədə müraciət qaydası

Proqramda sənədə müraciət qaydası

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Proqramda sənədə müraciət qaydası olacaq. Bildiyimiz kimi Office proqramlarının digər versiyalarında olduğu kimi Microsoft Word 2007 proqramı da sənədi ekrana çağırmaq üçün bir neçə üsul təklif edir.

Proqramda sənədə müraciət qaydası

Bu üsulları bir-bir araşdıraq. Sənədi ekrana çağırmağın ən sadə üsulu ani işə salma panelində olan Открыть düyməsini vurulmasıdır.Proqramda sənədə müraciət qaydasıBu zaman ekrana Открытие документа adlanan yeni dialoq pəncərəsi meydana gəlir.Proqramda sənədə müraciət qaydasıBurada ilk növbədə sənədimizin ünvanı tapılır. Mövcud pəncərədə Открыть düyməsini sıxmaqla fayl ekrana çağrılır. Microsoft Word 2007 proqramında sənədə digər üsullar müraciət etmək üçün Office düyməsi üzərində siçan vasitəsilə bir dəfə klik edirik.Proqramda sənədə müraciət qaydasıAçılan menyudan Открыть adlanan əmr seçilir. Bu zaman ekrana Открытие документа adlanan yeni dialoq pəncərəsi meydana gəlir. Bu dəfə digər sənədimizin ünvanı mövcud siyahıdan seçilir. Sonra isə pəncərədə Открыть düyməsi sıxılır. Beləliklə məlumat faylımız ekrana çağrıldı. Microsoft Word 2007 proqramında sənədə müraciət üçün istifadə olunan digər üsul klaviatura alternativi ilə mümkündür. Bunun üçün klaviaturada əvvəlcə CTRL düyməsi sıxılır. Sonra isə O hərfi vurulur.Proqramda sənədə müraciət qaydasıBu zaman Открытие документа adlanan yeni dialoq pəncərəsi meydana gəlir. Sonra isə faylımızın ünvanını tapırıq və Открыть düyməsini sıxaraq faylı ekrana çağırırıq. Microsoft Word 2007 proqramında sonuncu dəfə müraciət olunan sənədlərdən istənilən birinə cəld müraciət üçün Office düyməsinə klik edirik.Proqramda sənədə müraciət qaydasıAçılan menyunun ikinci sütünda olan hissəyə diqqət etsək orada sonuncu dəfə istifadə olunan sənədlərin siyahısı təklif olunur. Həmin siyahıda istənilən sənəd üzərində bir dəfə klik etməklə faylımızı ekrana çağırmaq olar.
Beləliklə biz Proqramda sənədə müraciət qaydası mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

İlk növbədə hal-hazırda qəbul olunmuş düzləndirmə variantı bizdə burada Выровнять сверху по левому краю-Sol yuxarı küncə tərəf düzləndirmə variantı seçilir. Biz düzləndirməni digər bir varianta yəni sola və mərkəzə doğru düzləndirməyə doğru dəyişməyə çalışacağıq və yaxud da aşağıya doğru düzləndirmə əməliyyatını seçsək bu şəkildə mümkün olacaq.

Добавить комментарий