Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Müasir başla menyusu olacaq. Bu mövzuya həsr olunmuş sayca üçüncü video dərsimizdir. Bu video dərsdə biz müasir başla menyusunun tənzimlənməsi ilə məşğul olacağıq. İlk növbədə Панель задач и меню Пуск adlanan proqram pəncərəsində Mеню Пуск-Başla menyusu sətri seçilməli və Применить düyməsi sıxılmalıdır.Müasir başla menyusu üzərində tənzimləmə aparmaq üçün Mеню Пуск-Başla menyusu yazılan sətrin qarşısında olan Настроить düyməsini vururuq.Beləliklə Настройка меню Пуск –Başla menyusunun sazlanması adlanan yeni pəncərə meydana gəlir.Pəncərə iki səhifədən təşkil olunmuşdur. Общий-Ümumi adlanan səhifənin köməyi ilə aşağıdakı parametrləri tənzimləmək olar. Размер значков для программ sahəsində iki seçim imkanı istifadəçiyə təklif olunur. Bunlardan birincisi крупные значки adlanır. Bu çeksboksun seçimi zamanı Başla menyusunda olan proqramların simgələri daha iri görünür.Əgər başla menyusundakı proqram simgələrinin kiçilməsini istəyiriksə, o zaman Размер значков для программ sahəsində мелкие значки çeksboksu işarələnməlidir.Sonra isə mövcud pəncərədə Ok düyməsi növbəti pəncədə isə Применить düyməsi sıxılmalıdır. Общий-Ümumi adlanan səhifədə növbəti sahə menyuda olan proqramların sayı ilə bağlıdır.
Müasir başla menyusu
Burada qəsdən susaraq qəbul olunan say altını göstərir. Bu siyahı biz işlədikcə durmadan yenilənir. Odur ki siyahıdakı rəqəmləri qaldırmaqla istifadə etdiyimiz sonuncu proqramın simgəsini də bura əlavə etmiş olacağıq. Nümunə olaraq biz Adobe Reader və Winrar proqramını ekrana çağırdıq. Gördüyümüz kimi axırıncı dəfə müraciət olunan proqramların adları artıq başla menyusunda əks olundu. Mövcud siyahını təmizləmək üçün Очистить список düyməsi sıxılır. Sonra isə mövcud pəncərədə Ok düyməsi növbəti pəncədə isə Применить düyməsini vurduqda Başla menyusundakı siyahını təmizləmiş oluruq.Общий-Ümumi adlanan səhifədə növbəti sahə Отображать меню Пуск sahəsidir. Burada İnternet və Elektron poçt çekboksunda xüsusi işarələr qoyulub. Qarşısında isə həm internetə, həm də elektron poçta aid proqramların adı yer alır.Əgər biz bu sahələrdən işarəni yığışdırsaq və Ok düyməsi növbəti pəncədə isə Применить düyməsini vurduqda bu zaman Başla menyusunda olan daha iki proqram sətri silinəcək. Настройка меню Пуск –Başla menyusunun sazlanması adlanan pəncərənin Дополнительно səhifəsinin köməyi ilə menyuda digər tənzimləmələri aparmaq olar. Beləliklə biz Windows XP əməliyyat sistemində Müasir başla menyusu mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır