Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Joystick haqqında ümumi məlumat olacaq.
Joystick haqqında ümumi məlumat
Costik (Joystick) – Costik əsasən nəqliyyat vasitələrinin simulyatorlarını idarə etmək üçün xarici qurğudur. Əsasən oyunlarda, gəmi, vertolyot, təyyarə və s. simulyatorlarında maşını idarə etmək üçün istifadə olunur. Costikləri iki yerə bölmək olar: Diskret costiklər işləyən zaman iki siqnal göndərə bilir «0» və «1». Bu tip costiklər demək olar ki, hal-hazırda işlədilmir.
Analoq costiklər siqnal 0-dan yuxarı, tutacağın əyilmə bucağından asılı olaraq bir çox qiymətlər ala bilər. Costiklər ailəsinə daxil edilən sükan da mövcuddur. Avtomobil simulyatorlarında maşını idarə etmək üçündür.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır