Ana səhifə / Windows XP / Windows Xp-də dil opsiyaları

Windows Xp-də dil opsiyaları

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Windows Xp-də dil opsiyaları (dil və beynəlxalq parametrlərin tənzimlənməsi) olacaq. Bildiyimiz kimi Windows XP əməliyyat sistemində enerjinin idarə olunması üçün idarəetmə panelində (Панель управления) Языки и региональные стандарты- Dil və beynəlxalq parametrlər adlanan proqram mövcuddur.Windows Xp-də dil opsiyalarıBu proqrama daxil olmaq üçün siçanın sol göstəricisi üzərində iki dəfə vurulur.Windows Xp-də dil opsiyalarıЯзыки и региональные стандарты proqramı üç səhifədən təşkil olunmuşdur. Proqramın birinci səhifəsi Региональные параметры-Beynəlxalq parametrlər adlanır. Bu səhifədə seçilmiş dilə uyğun bir sıra parametrlər tənzimlənir. Bizim nümunəmizdə Rus dili seçildiyindən bir sıra parametrlər məhz həmin dilə uyğun verilmişdir.Windows Xp-də dil opsiyalarıMəsələn сумма денег sahəsində рубль, Полная дата sahəsində isə 28 февраля 2011 г. yazılıb.Windows Xp-də dil opsiyalarıƏgər dil seçimini biz Исландский seçsək, onda bütün parametrlər məhz həmin dövlətə uyğun veriləcəkdir.Windows Xp-də dil opsiyalarıРасположение sahəsində Сша seçilməsi onu göstərir ki, bizə hava və digər xəbərlər haqqında informasiya məhz ingilis dilində veriləcək. Növbəti səhifəyə Языки adlanan səhifəyə müraciət edək. Bu səhifə vasitəsilə menyu və dialoq pəncərələrindəki dili dəyişməyə imkan verir.Windows Xp-də dil opsiyalarıBizim nümunəmizdə rus dili verilmişdir. Bu isə o deməkdir ki, kompüterimizə quraşdırılan əməliyyat sisteminin dili rus dilidir. Əgər sistemin dilini digər dilə məsələn ingilis dilinə dəyişmək istədikdə onda həmin menyudan English sətri seçilməli və Применить düyməsi sıxılmalıdır.Qarşıya çıxan Изменение языка и стандартов informasiya pəncərəsində sistemin dilinin növbəti yüklənmə zamanı dəyişiləcəyi barədə məlumat verilir.Windows Xp-də dil opsiyalarıƏməliyyatın təsdiqi üçün Ok düyməsi sıxılır. İstənilən zaman həmin siyahıdan dili dəyişməklə yenidən sistemin dilini rus dilinə qaytara bilərik. Языки adlanan səhifədəki Подробнее düyməsini sıxmaqla biz dil parametrləri ilə bağlı digər dəyişiklikləri apara bilərik. Belə ki, Подробнее düyməsi vurulduqda yeni Языки и службы текстового ввода adlanan yeni pəncərə meydana gəlir. Bu pəncərə iki səhifədən təşkil olunub.Windows Xp-də dil opsiyalarıПараметры adlanan birinci səhifədə Язык ввода по умолчанию sahəsində Русская seçimi onu göstərir ki, sistem yüklənən zaman dil panelində ilk görünən dil Rus dili olacaq.Windows Xp-də dil opsiyalarıBu sahədəki dili dəyişib digər dil kimi ingilis dilini seçmək olar. Применить düyməsini sıxmaqla bu zaman əməliyyat sisteminin növbəti yüklənməsi zamanı qəsdən susaraq qəbul olunan dil məhz ingilis dili olacaq. İndi isə dil panelinə yeni dilin əlavə olunmasını öyrənək. Hal-hazırda üç dil bizim dil panelində mövcuddur. Növbəti dördüncü dilin panelə əlavə olunması üçün Добавить düyməsi vurulur.Windows Xp-də dil opsiyalarıAçılan pəncərədə Добавление языка ввода pəncərəsində verilmiş siyahıdan nümunə üçün Belarus dili tapılır.Windows Xp-də dil opsiyalarıƏməliyyatın təsdiqi üçün Ok düyməsi vurulur. Növbəti Языки и службы текстового ввода pəncərəsində Применить düyməsini sıxmaqla dil panelinə yeni dili əlavə etmiş oluruq.Windows Xp-də dil opsiyalarıƏlavə olunan dili çox asanlıqla silmək mümkündür. Bunun üçün Языки и службы текстового ввода pəncərəsindəki siyahıdan dilin özü seçilir.

Windows Xp-də dil opsiyaları

Bizim nümunəmizdə bu Belarus dili olacaq. Sonra isə pəncərənin sağ kənarında olan Удалить düyməsi vurulur.Windows Xp-də dil opsiyalarıBeləliklə əlavə etdiyimiz dil siyahıdan silindi. Языки и службы текстового ввода pəncərəsində Применить düyməsini sıxmaqla dil panelindən dilin silinməsini təsdiqləşmiş oluruq.
Dil paneli ilə bağlı bir sıra tənzimləmələri aparmaq üçün Языки и службы текстового ввода pəncərəsinin aşağı sağ küncündə yerləşən Языковая панель düyməsindən istifadə etmək olar.Windows Xp-də dil opsiyalarıBu düyməni vurduqda Параметры языковой панели adlanan yeni pəncərə meydana gəlir ki, burada dil panelinin iş masasında əks olunmasını, dil panelinə yeni işarələrin əlavə olunması və s bu kimi parametrləri tənzimləmək olar.Windows Xp-də dil opsiyaları Klaviatura ilə bağlı bir sıra tənzimləmələri aparmaq üçün Языки и службы текстового ввода pəncərəsinin aşağı sol küncündə yerləşən Параметры клавиатуры düyməsindən istifadə olunur.Windows Xp-də dil opsiyalarıBu düyməni vurduqda Дополнительные параметры клавиатуры adlanan yeni pəncərə meydana gəlir ki, burada Caps Lock rejiminin söndürülməsi funksiyasını tənzimləmək olar.Windows Xp-də dil opsiyalarıBunun üçün Shift düyməsi ilə əvəzlənməsi zamanı seçənək sahəsində mövcud sahə işarələnməlidir. Burada həmçinin dil panelindəki olan dillərin birindən digərinə keçid üçün istifadə olunan klaviatur kombinasiyalarının dəyişdirilməsidir. Bunun üçün Сочетания клавиш для языков ввода bölümündə video dərslikdə göstərilən kimi tənzimləmə aparmaq olar.Windows Xp-də dil opsiyalarıDil panelində olan dillərin birindən digərinə keçid üçün müəyyən klaviatur düymələrinin təyinatını dəyişməklə bunu yerinə yetirmək olar. Bunun üçün Сочетания клавиш для языков ввода bölümündə Rus dili seçilir və Смена сочетания клавиш düyməsi vurulur. Açılan eyni adlı pəncərədə CTRL+SHİFT+3 klavişlər qrupu seçilərək Ok düyməsi sıxılır.Windows Xp-də dil opsiyalarıİndi isə klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə həm Shift3 rəqəmini vurduqda bu zaman dil panelindəki rus dilinə dəyişiləcəkdir.
Языки и региональные стандарты proqramının üçüncü səhifəsi olan Дополнително səhifəsi vasitəsilə əməliyyat sisteminin istifadəçi interfeysinin dil parametrləri dəyişmək üçün nəzərdə tutulmuşdur.Windows Xp-də dil opsiyaları Beləliklə biz Windows XP əməliyyat sistemində Windows Xp-də dil opsiyaları (dil və beynəlxalq parametrlərin tənzimlənməsi) mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий