Ana səhifə / Windows 7 / Proqramın kompüterdən silinməsi

Proqramın kompüterdən silinməsi

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Proqram və onun komponentlərinin kompüterdən uzaqlaşdırılması olacaq. Bildiyimiz kimi Windows-un digər versiyalarında olduğu kimi Windows 7 əməliyyat sistemində də proqram və onun komponentlərinin silinməsi üçün xüsusi proqram təminatı mövcuddur. Bunun üçün siçanın göstəricisini Пуск-Başla menyusuna yaxınlaşdıraq və üzərində bir dəfə klik edək.

Proqramın kompüterdən silinməsi

Proqramın kompüterdən silinməsi

Beləliklə açılan baş menyunun ikinci sütunundan İdarəetmə paneli- Панель управления adlanan sətri seçək. Qarşımıza İdarəetmə panelinin pəncərəsi çıxacaq. Həmin pəncərədə Программы и компоненты adlanan proqram mövcuddur. Həmin proqrama müraciət edərək çağıraq. Gördüyümüz kimi ekranda proqram və onun komponentlərinin silinməsi üçün pəncərə aktivləşdi. Digər əməliyyat sistemlərində olduğu kimi Windows 7 əməliyyat sistemində də hər hansı bir proqram və ya komponentin silinməsi üçün ilk növbədə həmin proqram seçilməlidir. Bizim nümunədə bu Ccleaner proqramı olacaq. Həmin proqramı seçirik. Yuxarı sütundan удалить sətrini seçirik. Beləliklə qarşıya çıxan pəncərə vasitəsilə təlimata uyğun olaraq proqramın silinməsi davam etdirilir.

Gördüyümüz kimi proqram kompüterdən silindi. Программы и компоненты adlanan proqram siyahısına kompüterə yüklədiyimiz proqram düşür. Windows-un digər versiyalarında olduğu kimi Windows 7 əməliyyat sistemində də bu proqramın təyinatı təkcə proqramları silmək deyil. Bu proqramın sol tərəfində sütunda verilən bir sıra anlayışlar vardır ki, onlar izah etmək tələb olunur. Gəlin bunlara bir-bir baxaq. Sol tərəfdə verilən Панель управления домашняя страница sətrinə diqqət edin. Həmin keçid üzərində vurulduqda İdarəetmə paneli- Панель управления adlanan səhifəyə geri qayıdır. Növbəti Просмотр установленных обновлений-Sonuncu quraşdırılmış yenilənmələr adlanan keçiddir. Bu keçid vasitəsilə kompüterə yüklənən müxtəlif proqramların yenilənmələrinin siyahısına baxmaq olar. Növbəti bölmə Windows Xp-də olduğu kimidir. Lakin Windows 7 əməliyyat sistemində bu bölmənin adı bir qədər dəyişdirilərək Включение и отключение компонентов Windows adlandırılıb. Bu bölmə vasitəsilə əməliyyat sisteminin müxtəlif komponentlərini söndürməyə və onu yenidən aktivləşdirməyə imkan verir. Bu barədə ətraflı video dərsdə verilmişdir.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …

Добавить комментарий