Ana səhifə / Windows XP / Obyektlərin daşınması

Obyektlərin daşınması

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Obyektlərin daşınması olacaq. Windows XP əməliyyat sistemində obyektlərin daşınması üçün bir neçə üsul təklif olunur. Bunlar aşağıdakılardır.
1.Obyektin siçan vasitəsi ilə daşınması
2.Obyektin klaviatura düymələrin köməyi ilə daşınması
3.Obyektin menyu və kontekst menyunun köməyi ilə daşınması
Obyekti siçan vasitəsi ilə daşımaq üçün obyekt üzərində siçanın sol düyməsi sıxılır və buraxılmadan digər obyekt üzərində daşınır.Obyektin daşınması Obyekti konteks menyunun köməyi ilə daşıyarkən obyekt üzərində siçanın sağ düyməsi sıxılır.Açılan konteks menyudan Вырезать sətri seçilir.Obyektlərin daşınmasıSonra daşınacaq mövqe təyin olunur. Və konteks menyudan bu dəfə Вставить sətri seçilir.Obyektlərin daşınması Obyekti ikinci üsul vasitəsi ilə daşıyarkən əvvəlcə obyekt qeyd olunur. Sonra isə klaviaturada CTRL düyməsi sıxılı saxlanılaraq X hərfi vurulur.Obyektlərin daşınmasıDaha sonra təyin olunmuş mövqeyə keçürmək üçün klaviaturada CTRL düyməsi sıxılaraq V hərfi vurulur.Obyektlərin daşınması Obyekti menyu vasitəsi ilə daşımaq üçün əvvəlcə obyekt qeyd olunur. Sonra isə Правка menyusuna daxil olub Вырезать sətri seçilir. Daha sonra obyektin daşınacaq mövqe təyin olunur və menyunun Правка bəndinə təkrar müraciət edərək Вставить sətri seçilir.

Obyektlərin daşınması

Beləliklə biz Windows XP əməliyyat sistemində Obyektlərin daşınması üsulları mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий