Ana səhifə / Windows XP / Faylların bərpası və səbətin boşaldılması

Faylların bərpası və səbətin boşaldılması

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Faylların bərpası və səbətin boşaldılması olacaq. Nə vaxtsa kompüterdən uzaqlaşdırdığımız faylı bərpa etmək məcburiyyətində qalırıq. Əlbəttə əgər sildiyimiz fayl Корзина adlanan obyektə düşürsə bu zaman onu bərpa etmək çox asanddır. Bunun üçün Корзина adlanan obyekt açılır. Obyektə müraciət üçün bir neçə üsulun olduğunu bilirik. Deyək ki, Корзина obyekti üzərində siçanın sol düyməsini iki dəfə sıxırıq və beləliklə bizim zibil qutumuzun pəncərəsi artıq ekranda göründü.Faylların bərpası və səbətin boşaldılmasıPəncərənin ölçülərini kiçildirik. Kompüterimizdən uzaqlaşdırdığımız Hesabat adlanan qovluğu bərpa etmək üçün üzərində siçanın sağ düyməsi bir dəfə vurulur.Faylların bərpası və səbətin boşaldılmasıAçılan konteks menyudan Восстановить sətri seçilir. Digər faylımıza da eyni üsulla bərpa edək.Faylların bərpası və səbətin boşaldılmasıUnutmayaq ki,silinmiş obyektlər haradan silinirsə oraya qayıdır.Faylların bərpası və səbətin boşaldılmasıBizim nümunəmizdə fayl və qovluğumuz iş masasından silindiyi üçün elə həmin ünvana da bərpa olunur. Ümumilikdə zibil qutusunun yəni səbətin boşaldılması üçün Корзина obyekti üzərində siçanın sağ düyməsi sıxılır. Очистить корзину sətri seçilir.Faylların bərpası və səbətin boşaldılmasıBeləliklə qarşıya çıxan mesajda Да (Bəli) düyməsi sıxılır və gördüyümüz kimi zibil qutumuz təmizləndi.Faylların bərpası və səbətin boşaldılması

Faylların bərpası və səbətin boşaldılması

Beləliklə biz Windows XP əməliyyat sisteminin Faylların bərpası və səbətin boşaldılması mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий