Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Windows 7 pəncərələri üzərində əməliyyatlar olacaq. Windows 7 pəncərələri üzərində kifayət qədər müxtəlif əməliyyatları aparmaq olar. Biz onların sayını çeşidləyib onlar üzərində əməliyyatı tətbiq edəcəyik.
Windows 7 pəncərələri üzərində əməliyyatlar
Bunun üçün istənilən pəncərəni ekrana çağıraq. Bu proqram və ya hər hansısa bir qovluğun pəncərəsi ola bilər. Bizim nümunəmizdə bu bələdçi pəncərəsi olacaq. Windows 7 pəncərələri üzərində təbiq olunan əməliyyatlardan birincisi pəncərənin yerini dəyişməkdir. Pəncərənin yerini dəyişmək üçün pəncərənin başlıq zolağı üzərində siçanın sol düyməsi sıxılmaqla sağa, sola, yuxarı və aşağıya tərəf yerini dəyişmək mümkündür. Bu cür imkanın Windows 7 əməliyyat sistemində olması pəncərə arxasında yerləşən obyektin daha rahat görünməsini təmin edir. Windows 7 pəncərələri üzərində tətbiq olunan növbəti əməliyyat onun ölçülərini dəyişməkdir. Bunun üçün siçanın göstəricisini pəncərənin istənilən kənarına yaxınlaşdırıb sıxılmalı və istənilən istiqamətə dartılmaqla pəncərənin ölçülərini rahatlıqla dəyişmək olar. Pəncənin ölçüləri kiçildikdə pəncərə üzərində növbəti bir element sürüşdürmə zolağı yaranır ki, bu da pəncərə daxilində mövcud olan obyektlərə baxmağa imkan verir. Adi qaydada sürüşdürmə zolağı Windows 7 pəncərələri üzərində görsənmir. Windows 7 pəncərələri üzərində tətbiq olunan növbəti əməliyyat sırasında pəncərəyə aid düymə və menyuların seçilməsidir. Menyunun aktivləşdirilməsi üçün klaviaturada ALT düyməsi sıxılır. Pəncərədə mövcud olan menyu və düymələrə müraciət üçün sadəcə siçanın göstəricisi ilə klik olunur. Pəncərədə mövcud olan Görünüş-Вид düyməsinin köməyi ilə pəncərə daxilindəki obyektlərin və ya simgələrin görünüşünü dəyişmək olar. Windows 7 pəncərələri üzərində tətbiq olunan yeni əməliyyatlardan biri də pəncərənin ekranın yuxarı hissəsinə toxundurmaqla böyüməsidir. Əksinə etdikdə isə pəncərənin ölçüləri əvvəlki vəziyyətə qayıdır. Windows 7 pəncərələri üzərində tətbiq olunan yeni əməliyyatlardan biri də pəncərənin iş masasının sol və ya sağ küncünə bərkidilməsidir. Bunun üçün siçanın sol düyməsi pəncərənin başlıq zolağı üzərində sıxılır və buraxılmadan sağ və ya sol küncə toxundurulur. Gördüyümüz kimi pəncərə iş masasının yarısını tutdu. Bu cür yenilik Windows 7-dən əvvəlki əməliyyat sistemlərində yox idi.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır