Ana səhifə / Adobe Fhotoshop / Suda güllə izinin yaradılması

Suda güllə izinin yaradılması

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Suda güllə izinin yaradılması olacaq.
Əvvəlki video dərslərimizdən öyrəndiyimiz kimi proqramda yeni boş vərəq yaratmaq lazımdır. Bunun üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə N hərfini vurmalıyıq. Açılan New dialoq boksunda WidthEn sahəsində 400 piksel, Heighthündürlük sahəsində isə 400 piksel yazaraq Да-OK düyməsini sıxırıq.Suda güllə izinin yaradılmasıNövbəti əməliyyatımız rəng palitrasından rəngin seçimi ilə bağlı olacaq. Bizim nümunədə qara rəng seçilir. Seçilən qara rəngin vərəqə doldurulması üçün Edit-Редактирование menyusuna daxil olub Fill-Выпольнит заливку əmrini sıxmalıyıq.Suda güllə izinin yaradılmasıYaxud da alətlər qutusundakı заливкa alətini seçməklə mövcud rəngi vərəqə doldurmaq olar.Gördüyümüz kimi vərəqimiz qara rənglə dolduruldu.Suda güllə izinin yaradılması Növbəti əməliyyat ardıcıllığı filterlərlə bağlı olacaq. Bunun üçün Filter-Фильтр menyusuna daxil oluruq.Suda güllə izinin yaradılmasıAçılan menyudan əvvəlcə Render-Рендеринг, alt menyudan isə Lens Fire-Блик əmrini seçirik. Beləliklə ekrana Lens Fire-Блик adlanan yeni pəncərə gəlir. Həmin pəncərədə göstəriciləri olduğu kimi saxlayırıq. Sadəcə parlaq yumru dairəni sol yuxarı küncdə yerləşdiririk.Suda güllə izinin yaradılmasıBundan sonra Lens Fire-Блик filterini daha üç dəfə vərəqə tətbiq edəcəyik. Alınan nəticə bu cür olacaq.Suda güllə izinin yaradılmasıİndi isə növbəti filteri tətbiq etmək üçün Filter-Фильтр menyusuna daxil oluruq.Suda güllə izinin yaradılmasıAçılan menyuda əvvəlcə Эскиз- Sketch, alt menyudan isə Рельеф- Bass Relief əmrinə klik edirik. Açılan Рельеф- Bass Relief pəncərəsində olan Детализация sahəsində 15, Смягчение sahəsində isə 3 rəqəmini yazıb Да-OK düyməsini sıxırıq.Suda güllə izinin yaradılmasıGördüyümüz kimi aşağıdakı nəticə alındı.Suda güllə izinin yaradılması İndi isə Layer panelinə diqqət edək. Gördüyümüz kimi Layer panelində Background-Задний план adlanan toxunulmaz bir layer vardır.

Suda güllə izinin yaradılması

Biz bu Background-Задний план üzərində siçanın sağ düyməsini vururuq. Qarşıya çıxan menyuda Создать дубликат слоя adlanan əmri seçirik. Beləliklə layer- Слой panelində Background-Задний план surəti yaradılır.Suda güllə izinin yaradılmasıSonra isə Filter-Фильтр menyusuna daxil oluruq.Suda güllə izinin yaradılmasıAçılan menyuda Distort-Искажение-Ocean Ripple-Океанские волны əmrinə klik edirik. Açılan Ocean Ripple-Океанские волны pəncərəsində Размер Волн sahəsində 15, Сила волн sahəsində isə 8 rəqəmini yazaraq əməliyyatın təsdiqi üçün Ok düyməsini sıxırıq.Suda güllə izinin yaradılmasıİndi isə təsvirimizi rəngləyək. Bunun üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə B hərfi vurulur. Açılan Color Balance-Цветовой баланс pənəcərəsində göstəriciləri şəkildəki kimi tənzimləyirik.Suda güllə izinin yaradılması Beləliklə biz Photoshop proqramında Suda güllə izinin yaradılması mövzusu ilə tanış olduq.Suda güllə izinin yaradılması Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …

Добавить комментарий