Ana səhifə / Adobe Fhotoshop / Su üzərində təsvirin yaradılması

Su üzərində təsvirin yaradılması

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Su üzərində təsvirin yaradılması olacaq. Bunun üçün bizə hər hansı bir foto təsvir lazımdır. Bizim nümunəmizdə bu maşın fotosu olacaqdır.Su üzərində təsvirin yaradılmasıİlk növbədə proqramda mövcud olan təsvirin ölçülərinə baxmalıyıq. Bunun üçün vərəqin başlıq sətri üzərində siçanın sağ düyməsini sıxırıq. Açılan konteks menyudan İmage Size sətrini seçirik.Su üzərində təsvirin yaradılmasıAçılan İmage Size pəncərəsində bizi maraqlandıran iki göstərici vardır.Su üzərində təsvirin yaradılmasıBunlardan birincisi Width-En sahəsi, ikincisi isə Height-hündürlük sahəsindəki rəqəmlərdir. Müəyyən edirik ki, bizim bu vərəqimizin ölçüsü 400×215 piksel ölçüsündədir. İndi isə bizim yaradacağımız vərəqin ölçüləri bundan bir qədər fərqli olmalıdır. Odur ki, yeni boş vərəqin yaradılması üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə N hərfini vurmalıyıq.Su üzərində təsvirin yaradılmasıAçılan New dialoq boksunda Width-En sahəsində 400 piksel, Height-hündürlük sahəsində isə 400 piksel yazılaraq Ok düyməsini sıxırıq. Sonra isə əvvəlcədən mövcud olan maşın fotosunu bu yeni vərəqimizə Move tool alətinin köməyi ilə daşıyaraq yerləşdiririk.Su üzərində təsvirin yaradılmasıDigər vərəqimizi isə bağlayırıq. Mövcud maşın təsvirimizi vərəq boyu elə yerləşdiririk ki, o bizə lazım olan istiqamətdə dayansın.Su üzərində təsvirin yaradılmasıİndi isə maşın təsvirinin surətini çıxarmaq lazımdır. Bunun üçün Layer panelində olan maşın layeri üzərində siçanın sol düyməsi sıxılır. Buraxılmadan paneldəki Great New Layer düyməsi üzərinə daşınır.Su üzərində təsvirin yaradılmasıSurəti çıxarılmış layeri deaktiv edirik.Su üzərində təsvirin yaradılmasıSonra isə Layer 1 keçid alırıq. Klaviaturada əvvəlcə CTRL düyməsi sıxılı vəziyyətdə T hərfini vururuq. Sonra isə siçanın sağ düyməsi şəkil üzərində vuraraq açılan konteks menyudan Flip Horizontal sətrini seçirik.Su üzərində təsvirin yaradılmasıDaha sonra isə konteks menyudan Rotate 180 dərəcə seçilir. İndi isə təsvirimizi Move Tool aletinin köməyi ilə aşağıya tərəf çəkirik.Su üzərində təsvirin yaradılmasıƏvvəlcədən deaktiv edilmiş layerimizi aktivləşdiririk.Su üzərində təsvirin yaradılmasıİndi isə Layer 1 filterlərdən birini tətbiq edək.

Su üzərində təsvirin yaradılması

Bunun üçün Filter menyusuna müraciət edirik. Açılan menyudan əvvəlcə Distort sətrini sonra isə Wave əmrini sıxırıq.Su üzərində təsvirin yaradılmasıBeləliklə Wave filterinin tənzimləmə pəncərəsində göstəriciləriSu üzərində təsvirin yaradılması şəkildəki kimi dəyişirik. Sonra isə yenidən Filter menyusuna müraciət edərək bu dəfə Blur sətirini açılan alt menyudan isə Motion Blur əmrini seçirik. Açılan Motion Blur pəncərəsində göstəriciləri Distance sahəsində 2 pixel yazaraq Ok düyməsini sıxırıq. Su üzərində təsvirin yaradılması Beləliklə biz Photoshop proqramında Su üzərində təsvirin yaradılması mövzusu ilə tanış olduq.Su üzərində təsvirin yaradılması Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …

Добавить комментарий