Ana səhifə / Adobe Fhotoshop / Göy qurşağı effekti yaradılması

Göy qurşağı effekti yaradılması

Paylaşmaq!

Göy qurşağı effekti yaradılması bu gün ki, video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərsliyimdə salamlayıram. İstənilən faylın proqrama çağrılması üçün boz olan sahədə siçanın sol düyməsi iki dəfə klik olunur. Beləliklə ekrana Open dialoq boksu gəlir.open emriŞəkil seçildikdən sonra pəncərədəki Открыть düyməsi sıxılır. Beləliklə faylımız proqrama çağrıldı.faylin acilmasiBundan sonra aparacağımız əməliyyat sırasına yeni Layerin yaradılmasıdır. İlk növbədə biz yeni Layer yaradırıq. Bunun üçün klaviaturada CTRL+Shift düyməsi sıxılı vəziyyətdə N hərfi vurulur.Göy qurşağı effekti yaradılmasıName sahəsində layerimizə ad veririk. Əməliyyatın təsdiqi üçün Ok düyməsi sıxılır. Beləliklə Layer panelində Göy qursağı effekti adı altında yeni boş layer yaradılmış oldu.Göy qurşağı effekti yaradılmasıSonra isə Brush alətini seçirik. Brush alətinin seçənəklər qutusunda alətin ölçüsünü 30 pixel, Hardness sahəsində isə 100% təyin olunur.Göy qurşağı effekti yaradılmasıŞəkildən asılı olaraq Brush alətinin seçənəklər panelindəki parametrlər dəyişə bilər. Sonra isə rəng palitrasından əvvəlcə qırmızı rəng müəyyən olunur.Göy qurşağı effekti yaradılmasıSonra fırça aləti ilə qırmızı rəngi göz bəbəyinə vururuq.Göy qurşağı effekti yaradılmasıYenidən rəng palitrasında göy rəng seçilir.Göy qurşağı effekti yaradılmasıSonra fırça aləti ilə göy rəngi göz bəbəyinə vururuq.Göy qurşağı effekti yaradılmasıGöy qurşağında mövcud olan digər rəngi rəng palitrasından seçirik. Bunun üçün yaşıl rəngi seçirik.Göy qurşağı effekti yaradılmasıSonra fırça aləti ilə yaşıl rəngi göz bəbəyindəki digər rənglərin yanında vurulur.Göy qurşağı effekti yaradılmasıNövbəti dəfə rəng palitrasına müraciət edərək sarı rəngi seçirik.Göy qurşağı effekti yaradılmasıBrush aləti ilə sarı rəngi göz bəbəyində olan digər rənglərin yanında vururuq.Göy qurşağı effekti yaradılmasıBu dəfə rəng palitrasına müraciət edərək mavi rəngi seçirik.Göy qurşağı effekti yaradılmasıBrush aləti ilə mavi rəngi göz bəbəyində olan digər rənglərin yanında vurmalıyıq.Göy qurşağı effekti yaradılması

Göy qurşağı effekti yaradılması

Beləliklə göy qurşağı effektinin yaradılması üçün tələb olunan rəngləri seçib onları göz bəbəyində brush aləti ilə çəkirik.Göy qurşağı effekti yaradılmasıNövbəti əməliyyatımız Filter menyusuna daxil oluruq. Açılan menyudan əvvəlcə Blur sətrini sonra isə Gaussian Blur əmri seçilir.Göy qurşağı effekti yaradılmasıAçılan Gaussian Blur pəncərəsində Radius sahəsində 10 pixel yazaraq əməliyyatın təsdiqi üçün Ok düyməsini sıxırıq.Göy qurşağı effekti yaradılmasıSonra Layer panelində olan Normal rejimini Overlay rejimi ilə əvəz edirik.Overlay rejimiGördüyümüz kimi rənglər artıq bir-birinə qarışıraq içəri tərəfə dağıldı. Əgər rəng üzərində hər hansı bir korrektə əməliyyatlarını aparmaq istəyiriksə, onda menyunun İmage bəndinə sonra isə Adjustments sətrinə alt menyudan isə Hue/Saturation əmri seçirilir.Göy qurşağı effekti yaradılmasıAçılan Hue/Saturation pəncərəsində rəng tonları zövqə uyğun dəyişdirilə bilər. Ətrafla səpələnmiş rəng çalarlarını Erase alətinin köməyi ilə silə bilərik.Hue/Saturation Beləliklə biz Photoshop proqramında göz bəbəyi daxildə göy qurşağı effekti yaradılması mövzusunu öyrəndik.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …

Добавить комментарий