Ana səhifə / Windows 7 / Simgələr dəyişilib nə edim?

Simgələr dəyişilib nə edim?

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows 7 əməliyyat sisteminə həsr olunmuş növbəti video dərsliyimdə sizləri salamlayıram. Əvvəlki video dərsimizdə biz susmaya görə proqramın seçilməsi üsullarını öyrəndik. Sonda onu qeyd etdim ki, bəzən belə əməliyyatlar uğurla nəticələnmir. Bugünkü, video dərsimizin mövzusu Simgələr dəyişilib nə edim ? sualına həsr olunacaq. Bəzi hallarda kompüterimizdə olan bütün fayllar eyni proqramla açılmağa başlayır. Əgər sizdə də belə bir problem müşahidə olunbsa, onda bu video dərsi sonaca izləyin. Bu problemin həlli üçün video dərsliyimdə iki üsuldan istifadə olunacaq. Birinci üsulla bu problemin həlli video dərsliyimizdə veriləcəkdir. Əgər sizdə də iş masasındakı bütün simgələr eyni proqramla açılırsa, deməli susmaya görə proqramın seçilməsi mövzusu burada işə yaramayacaq. Odur ki, biz Windows 7 əməliyyat sisteminin reyestrinə müdaxilə etməli olacağıq. Bunun üçün yerinə yetirilən əməliyyat ardıcıllığını diqqətlə izləyin. Əvvəlcə biz klaviaturada Win düyməsi sıxılı vəziyyətdə R hərfi vurulur. Açılan Выполнить adlanan sahədə regedit sətri yığılır və Ok vurulur.Simgələr dəyişilib nə edim?Beləliklə Редактор реестра adlanan xüsusi bir pəncərə açılır. Burada təsvir olunan obyektlər ağacvari struktura malikdir. Hər bir qovluğa müraciət üçün sadəcə onun qarşısında olan ox işarəsini vurmağımız kifayətdir. Bu qovluqlardan HKEY_CURRENT_USER qovluğuna daxil oluruq.Simgələr dəyişilib nə edim?Açılan strukturdan SOFTWARE qovluğunu seçirik. SOFTWARE proqram təminatına cavabdeh olan qovluqdur. Bu qovluğun daxilində çoxlu sayda müxtəlif proqramlara məxsus olan qovluqlar mövcuddur. Həmin qovluqlardan birini Microsoft qovluğunu tapırıq. Həmin qovluğun daxilində olan Windows qovluğuna müraciət edirik.Simgələr dəyişilib nə edim?Windows qovluğunun daxilində isə CurrentVersion qovluğunu açırıq. CurrentVersion qovluğunun tərkibi xeyli sayda ayrı qovluqlardan təşkil olunmuşdur. Bu qovluqlardan yalnız biri Explorer qovluğu bizə gərəklidir.Simgələr dəyişilib nə edim?Explorer qovluğunun daxilinə müraciət etdikdə xeyli sayda qovluqlar görmüş olacağıq. Buradan FileExts qovluğu bizə lazımdır. Odur ki, həmin qovluğa daxil oluruq.Simgələr dəyişilib nə edim?FileExts qovluğu daxilində kompüterimizdə mövcud olan müxtəlif tipli faylların qovluqları verilmişdir. Bu qovluqların içərisindən iş masasında mövcud olan simgələrin görünüşünə cavabdeh olan qovluğu tapırıq. Həmin qovluğun adı Ink-dir və ona müraciət edirik. Həmin qovluğun daxilində OpenWithListOpenWithProgids qovluğu varsa, onda həmin qovluqlara toxunmayın.Simgələr dəyişilib nə edim?Əgər üçüncü bir qovluq yaranıbsa, onda sadəcə həmin qovluğu siçanın göstəricisi ilə seçin. Sonra siçanın sağ düyməsini vuraraq açılan konteks menyudan Удалить sətrini seçin. Beləliklə göstərilən üçüncü qovluq silinəcək. Bütün proqramları kompüterinizdə bağlayaraq yenidən yüklənmə əmrini verin.

Simgələr dəyişilib nə edim?

Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows 7 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Proqramların simgələri açılmır.Üsul 2

Proqramların simgələri açılmır.Üsul 2

Bugünkü, video dərsimizin mövzusu Proqramların simgələri açılmır.Üsul 2 olacaq. Əvvəlki video dərsimizdə biz susmaya görə proqramın parametrlərinin dəyişdirilməsi üsullarını öyrəndik.

Добавить комментарий