Ana səhifə / Word 2003 / Cədvəllərin tərkibini müəyyən etmək

Cədvəllərin tərkibini müəyyən etmək

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.

Cədvəllərin tərkibini müəyyən etmək

Cədvəllərin tərkibini müəyyən etmək

Bu video dərsimiz cədvəlin xüsusiyyətlərinə və onların tənzimlənməsinə həsr olunacaq. Cədvəllərin tərkibini müəyyən etmək üçün aşağıdakıları etmək lazımdır. Cədvəl daxilində və eləcə cədvəl xaricində hər hansısa bir əməliyyatı dəyişmək üçün cədvəllərin tərkibi deyilən əmrdən istifadə olunur. İlk növbədə dəyişəcəyimiz əməliyyatlar ardıcıllığını qeyd etmək lazımdır. Cədvəli ümumilikdə qeyd edək. Əgər cədvəli mərkəzə doğru çəkmək istəsək, bunun üçün nə formatlaşdırma nə də cədvəl və haşiyələr panelindən istifadə olunmur. Bunun üçün Cədvəl-Table-Таблица menyusundan istifadə olunur. Cədvəl-Table-Таблица menyusuna daxil olun və Свойства таблицы əmrini seçin. Açılmış pəncərənin birinci səhifəsi Таблица səhifəsi adlanır. Bu səhifədə cədvəllə bağlı bir sıra əməliyyatları yerinə yetirmək olar. Yəni cədvəlin düzləndirilməsi əməliyyatlar ardıcıllığı. Burada слева-sola, по центру-mərkəzə, справа-sağa, нет-cədvəl xaricində və daxilində heç bir əməliyyat aparmır, вокруг-mətnin daxilində düzləndirmə əməliyyatını yerinə yetirir. Daha ətraflı aşağıdakı videodərsdə.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word proqramına aid tapşırıq 4

Word proqramına aid tapşırıq 4

Bu video dərsliklərdən böyük əksəriyyəti mətnin formatlanmasına və bunun üçün istifadə olunan format alətlər panelinə və Формат menyusuna həsr olunub. Bu video dərsimizdə biz elan mətinin Word 2003 proqramında yığılması və onun düzgün format olunmasına toxunacağıq.

Добавить комментарий