Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.
Avtomatik cəmləmə və düsturların hesablanması
Məlumdur ki, Word proqramı hesabat xarakterli proqram deyil. Lakin proqramın bəzi funksiyaları vardır ki, onlar sadə hesablamalar aparmağa imkan yaradır. Bu əməliyyatı yerinə yetirmək üçün cədvəl və haşiyələr panelində və ya Cədvəl-Table-Тaблица menyusunda olan Avtomatik cəmləmə-Авто сумма düyməsindən istifadə olunur.
Microsoft Office Word 2003 proqramı müxtəlif sadə düsturlardan istifadə etməyə imkan verir. İlk növbədə düstur yerləşdirəcəyimiz xananı müəyyənləşdirin. Sonra Cədvəl-Table-Тaблица menyusunda olan Formula-Формула əmrindən istifadə olunur.
Bu video dərsimiz məhz bu mövzuya həsr olunub.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır