Ana səhifə / Windows 7 / İş masası elementlərinin gizlədilməsi

İş masası elementlərinin gizlədilməsi

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Windows 7 əməliyyat sisteminə həsr olunmuş növbəti video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu Windows 7 əməliyyat sistemində İş masası elementlərinin gizlədilmısi, görünməsi və şəklinin dəyişdirilməsi olacaq. Bu video dərsim yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. Məhz bu video dərsimizin köməyi ilə yeni başlayan istifadəçi müxtəlif əməliyyat sistemlərində İş masası elementlərinin gizlədilməsi, görünməsi və şəklinin dəyişdirilməsi kimi anlayışları sərbəst tətbiq edə biləcəkdir. İlk növbədə iş masası elementlərinin gizlədilməsi üsulu ilə tanış olaq. Bunun iş masasının boş yerində siçanın sağ düyməsi sıxılır. Açılan konteks menyudan Персонализация sətrini seçirik.İş masası elementlərinin gizlədilməsiEkrana açılan Персонализация pəncərəsinin sol sütununda olan Изменение значков рабочего стола-İş masası elementlərinin dəyişdirilməsi sətri üzərində klik olunur.İş masası elementlərinin gizlədilməsi Açılan növbəti pəncərə Параметры значков рабочего стола-İş masası elementlərinin parametrləri adlanan pəncərədir.İş masası elementlərinin gizlədilməsi Bu pəncərə cəmi bir səhifədən ibarətdir. Səhifənin adı belədir: Значки рабочего стола-iş masasının elementləri. Bu pəncərədəki işarələrin qarşısındakı kvadrat sahədə işarənin qoyulması onu göstərir ki, həmin elementlər iş masasında artıq mövcuddur. Əgər bu işarələrin hər hansı birinin qarşısındakı sahədən işarəni yığışdırsaq (bizim nümunədə bu СетьПанель управления sahəsi olacaq) və Применить düyməsini vurduqda onda iş masamızda olan həmin elementlər gizlədiləcək.İş masası elementlərinin gizlədilməsi Əməliyyatın əksinə yerinə yetirilməsi iş masası elementlərinin bərpası ilə nəticələnir. Beləliklə biz iş masası elementlərinin gizlədilməsi və bərpası əməliyyatını öyrəndik. Tövsiyyə edərdim ki, iş masanızda elə elementləri saxlayın ki, onlar sizə daimi gərəkli olsun. Keçək növbəti anlayışa. İş masası elementlərinin simgələrinin dəyişdirilməsinə. Bildiyimiz kimi müxtəlif kompüterlərə quraşdırılmış əməliyyat sistemlərində iş masasına aid olan elementləri müxtəlif formalarda görürük. Yəni adət etdiyimiz qaydada görmürük. Bu ondan irəli gəlir ki, bu simgələrin dəyişilməsi ya istifadəçinin özü tərəfindən aparıla bilər. Ya da ki, kompüterə quraşdırılmış mövzuya (Tema) uyğun olaraq avtomatik dəyişilə bilər. Gəlin istifadəçinin özü tərəfindən simgələrin hansı üsullar dəyişdirilməsi əməliyyatını öyrənək.İş masası elementlərinin gizlədilməsi Deyək ki, Компьютер simgəsini hər hansı digər simgə ilə əvəz edək. Bunun üçün Компьютер simgəsi seçilir.Сменить значок düyməsi vurulur.İş masası elementlərinin gizlədilməsiAçılan növbəti pəncərədə ixtiyari bir simgə seçilir.İş masası elementlərinin gizlədilməsiSonra Ok düyməsi vurulur. Növbəti pəncərədə isə Применить düyməsini sıxılır. Beləliklə iş masamızda olan Компьютер simgəsi digər simgə ilə əvəz olundu. Компьютер simgəsinin orijinal vəziyyətə qaytarılması üçün Компьютер simgəsi seçilir.

İş masası elementlərinin gizlədilməsi

Pəncərədə olan Обычный значок düyməsi basılır. Beləliklə Компьютер simgəsi öz orijinal vəziyyətinə qaytarıldı. Применить düyməsini vurduqda əməliyyat təsdiq olunur. Beləliklə biz iş masası elementlərinin simgələrinin dəyişdirilməsi prosesi ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows 7 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …

Добавить комментарий