Ana səhifə / Word 2003 / Sətrin hündürlüyünün və sütunun eninin düzləndirilməsi

Sətrin hündürlüyünün və sütunun eninin düzləndirilməsi

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Bugünki video dərsimizin mövzusu Sətrin hündürlüyünün və sütunun eninin düzləndirilməsi olacaq.

Sətrin hündürlüyünün və sütunun eninin düzləndirilməsiSətrin hündürlüyünün və sütunun eninin düzləndirilməsi

Hər şeydən əvvəl lazımı sətr və sütunları və yaxud da bütövlükdə cədvəli qeyd edin. Sütunların eninin bərabərləşdirilməsi üçün cədvəl və haşiyələr panelində olan Выровнять ширину столбцов düyməsindən istifadə olunur. Sətrlərin hündürlüklərinin bərabərləşdirilməsi üçün isə Выровнять высоту строк düyməsindən istifadə olunur.
Bu əməliyyatın yerinə yetirməyin digər üsulları da vardır. Bunlardan biri də xətkeş vasitəsilədir. Əgər ekranda xətkeş yoxdursa, bu zaman Görünüş-Wiew-Вид menyusuna daxil olun və Xətkeş-Ruler-Линейка əmrini seçin.
Bundan sonra xətkeş Microsoft Office Word 2003 proqramına bərkidiləcək. Mausun oxunu cədvəl daxilində hər hansısa bir xana üzərində yerləşdirdikdə xətkeş üzərində avtomatik müəyyən bir bölgü yaradılacaq. Bu bölgülər bizə hər bir sütunun eni haqqında məlumat almağımıza imkan verəcək. Məsələn, sütunun enini düzləndirmək istəyiriksə, bu zaman kursorun göstəricisini sütunun sağ sərhəddinə yaxınlaşdırın və bu zaman kursorun göstəricisi hər iki tərəfə istiqamətlənmiş bir xətt halını alacaqdır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word proqramına aid tapşırıq 4

Word proqramına aid tapşırıq 4

Bu video dərsliklərdən böyük əksəriyyəti mətnin formatlanmasına və bunun üçün istifadə olunan format alətlər panelinə və Формат menyusuna həsr olunub. Bu video dərsimizdə biz elan mətinin Word 2003 proqramında yığılması və onun düzgün format olunmasına toxunacağıq.

Добавить комментарий