Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Microsoft Word 2010 proqramına həsr olunmuş sayca otuz yeddinci video dərslikdə Sizləri salamlayıram. Bugünkü, dərsimizin mövzusu « Microsoft Word 2010 proqramında WordArt obyektinin sənədə yerləşdirilməsi » adlanan mövzu olacaq.
Əvvəla onu qeyd edim ki, WordArt obyektləri ilə bağlı olan mövzuya Word 2003 proqramını keçərkən toxunmuşduq. Və qeyd etmişdik ki, Word 2003 proqramını isitifadə edən hər bir kəs proqramda mövcud olan rəsm alətlər panelində məhz WordArt düyməsini sıxmaqla istədiyi formada WordArt obyektlərini sənədə yerləşdirə bilər.Odur ki, Word 2003 proqramının istifadəçiləri Word 2010 proqramına inteqrasiya ediblərsə, onda bu cür funksiyanın Word 2010 proqramında da olmasını istəyirlər. Ona görə bu gün ki, video dərsimizdə Microsoft Word 2010 proqramında sənədə WordArt obyektlərinin yerləşdirilməsi, WordArt funksiyasının izahı və onunla bağlı olan bir sıra əməliyyatların öyrədilməsi ilə bağlı olacaq.
Qeyd etmək istəyirəm ki, WordArt obyektlərinin sənədə yerləşdirilməsi üçün ilk növbədə biz Вставка-Əlavə et adlanan səhifəyə müraciət etməliyik. Həmin səhifənin Текст-Mətn adlanan əmrlər qrupundan WordArt düyməsindən istifadə etməliyik.
Bu düymə vasitəsilə biz sənədimizə iki üsulla WordArt obyekti yerləşdirə bilərik. Birinci üsul ondan ibartdir ki, biz sənədimizdə mövcud olan istənilən yazını seçirik. Sonra Вставка-Əlavə et adlanan səhifəyə müraciət etməliyik.Həmin səhifənin Текст-Mətn adlanan əmrlər qrupundan WordArt düyməsinə klik edirik.Açılan siyahıdan proqramın bizə təklif etdiyi tərtibat nümunələrindən birini seçməklə sənədimizə WordArt obyektini yerləşdirə bilərik. Gördüyümüz kimi əvvəl qeyd etdiyimiz yazımız indi WordArt obyekti kimi vərəqə yerləşdirildi. İkinci üsul vasitəsilə sənədimizə WordArt obyekti yerləşdirə bilərik. Bunun üçün Вставка-Əlavə et adlanan səhifəyə müraciət etməliyik.Həmin səhifənin Текст-Mətn adlanan əmrlər qrupundan WordArt düyməsinə klik edirik. Açılan siyahıdan proqramın bizə təklif etdiyi tərtibat nümunələrindən birini seçirik. Gördüyümüz kimi sənədimizə WordArt obyekti yerləşdirildi və rusca qeyd olundu ki, mövcud obyektin daxilinə öz mətninizi yazın. Verilmiş nümunədə yazacağımız mətinin əvvəlcədən hansı formada olacağı bizə verilir. Odur ki, bu tərtibat nümunəsini bəyəniriksə, onda verilmiş sahədə mətnimizi daxil edirik.Gördüyümüz kimi biz WordArt obyektlərinin sənədə yerləşdirilməsi üsulları ilə tanış olduq.
WordArt obyektləri ilə bağlı bir sıra formatlama əməliyyatları da mövcuddur. WordArt obyektlərinin formatlanması digər fiqur və obyektlərin formatlanmasına oxşardır. Bu barədə ətraflı aşağıdakı video dərsdə tanış ola bilərsiniz.
WordArt obyektinin sənədə yerləşdirilməsi
Beləliklə bu video dərsimizdə biz « Microsoft Word 2010 proqramında WordArt obyektinin sənədə yerləşdirilməsi » mövzusu ilə tanış olduq. Sayca otuz yeddinci video dərsimizi də tamamladıq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün otuz beşinci video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır