Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti video dərslikdə salamlayıram. Bugünki video dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında ole obyektlər olacaq.
Ole Obyektlər
Microsoft Office Word 2003 proqramına istənilən proqrama aid obyektləri yerləşdirmək olar. Bu cür obyektlərə ole obyektlər deyilir. Ole obyektlərin sənədə yerləşdirilməsi üçün Yerləşdirmək-Вставка-İnsert menyusuna daxil olun. Açılmış menyudan Obyekt-Object-Объект əmrini seçin. Вставка объекта adlanan səhifə aşağıdakı imkanları təklif edir.
İlk səhifəsi Создание adlanır. Yəni müxtəlif proqramlarda yaradılmış faylların sənədə yerləşdirilməsi.
İkinci səhifə isə Создание из файла mövcud faylın proqrama yerləşdirilməsi.
Созданиe deyilən sahədə hər hansısa proqrama məxsus sətri seçin. Məsələn: Bitmap İmage. Sonra OK vurun. Gördüyümüz kimi ekrana Paint proqramı çağırılır. Paint proqramı alternativ imkanlara malikdir. Məsələn bir çərçivə çəkək. Daha sonra boş sahədə sol düyməni sıxırıq.
bu zaman Paint proqramında yaradılmış fayl Microsoft Office Word 2003 proqramına daxil olacaq.Daha ətraflı aşağıdakı videodərsdə…
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır