Ana səhifə / Haqqımızda

Haqqımızda

Özüm haqqında bir neçə kəlmə….

Özüm haqqında bir neçə kəlmə....
Şaiq Qədirov

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.
Mənim adım Şaiq Qədirovdur.
Mən bu saytın müəllifiyəm.
Saytımız kompüteri öyrənməkdə ilk addımlarını atan, xüsusən özü ev şəraitində öyrənməyi üstün tutan istifadəçilərimiz üçün nəzərdə tutulub. Ancaq ümidvaram ki, nəinki yeni başlayan istifadəçilər, eləcədə bu sahədə az-çox təcrübəsi olan istifadəçilər də saytımızın köməyi ilə əldə etdiyi bilikləri daha da möhkəmləndirəcək, burada özləri üçün faydalı məlumatları tapa biləcəklər.
Bu bölmədə mən bir qədər özüm haqqında məlumat verəcəm.
Kompüterlə ilk tanışlığım hardasa 94 və ya 95-ci illərdə ZX-SpectrumKorvet kompüteri ilə başlayıb. Bizim üçün möcüzə kimi gələn bu kompüter klaviaturaya bənzəyirdi və televizora qoşulurdu. Məlumatlar ona adi maqnitofonda olduğu kimi xüsusi kaset (disket) vasitəsilə yüklənib,oxunurdu. Z80 prosessoru ilə təchiz olunan bu cür ev kompüterinin tezliyi 3.5 MHz idi. Daxili yaddaşı 16, 48 ən çoxu 128 KB ola bilərdi. Məlumatların saxlanması üçün qurğu ya disket ya da audio kaset idi.

Özüm haqqında bir neçə kəlmə....
ZX-Spectrum kompüteri

Həmin dövrlərdə BASİC proqramlaşdırma dili ilə maraqlanırdım. Hətta həmin dildə yazılan tetris oyununu böyük həvəslə oynayırdım.

Özüm haqqında bir neçə kəlmə....
Korvet-8020 kompüteri

Universitetin birinci kursunda oxuyanda İntel 8086İntel 80286, İntel 80486 mikroprosessoru ilə təchiz olunan kompüterlə işləməyə başladım. Yadıma gəlir ki, dərsimin biri boş olan kimi Universitetimizin ikinci korpusununun 3-cü mərtəbəsində yerləşən kompüter sinfinə mənə dərs deyən müəllimlərdən birinin köməyi ilə daxil olub öyrənməyə çalışırdım. Beləcə aylar ötür. Kompüterə olan həvəsin artırdı. O dövrdə universitet kompüterlərimizdə işləyən əməliyyat sistemi əgər səhv etmirəmsə, Windows 95 idi. Lakin birinci kursda bizə icazə yox idi ki, bu cür əməliyyat sistemi ilə işləyək.

Özüm haqqında bir neçə kəlmə....
Intel-80486 mikroprosessorlu kompüter

O illərdə mən bütün bunların mahiyyətini başa düşmürdüm. Müəllim olandan sonra başa düşdüm ki, universitetin dərslik proqramında nə yazılıbsa,müəllimlərimdə onu keçirlər. Heç bir yenilik onların bilavasitə marağında deyildi. Norton sistem örtüyü ilə işləyirdik. Həmin mühitdə çalışan PASCAL proqramlaşdırma dilini bizə keçirdilər. Müxtəlif operatorlar və proqramlaşdırma dillindəki verilənlərdən istifadə edib misallar həll edirdik. Özüdə pascal dilində ilk növbədə məsələnin həlli üçün hökmən blok sxem qurmaq lazım gəlirdi. Blok sxemi düzgün çəkən tələbəyə yalnız kompüterdə işləməyə icazə verilirdi. Nə qədər çətin olsa da bütün bunları öyrənməyə başladım. Uğurlarım özümü qane etməsə də müəllimlərim məndən razılıq edirdi. Nəticədə kompüterlə ünsiyyətim artırdı. Norton mühitinin bütün komandalarını və menyularını öyrəndikdən sonra digər tələbələrin fayllarını rahatlıqla ələ keçirib baxa bilirdim. Faylları gizlətməyi və onları şifrələməyi bacarırdım. O dövr üçün bu böyük nailiyyət sayılırdı. Çünki bütün bunları yerinə yetirməyi yalnız 4-cü kurs tələbələri bacarırdı. Heç yadımdan çıxmaz bir dəfə birinci kursda oxuyarkən digər yuxarı kursların fayllarını şifrələyib gizlətmişdim. Təbii ki, bütün bunlardan mənə dərsdə deyən müəllimənin xəbəri olmuşdu. Ona görə bir xeyli danlamışdıda.. Hətta bir müddət kompüter sinfinə daxil olmağımıda qadağan etmişdilər. Təbii ki, öz dərsimiz olan günlərdə isə nəzarət altında işləyirdim. Konkret proqramlaşdırma dilinə aid misalı həll et vəssalam. Nə qədər gülməli olsa da mənə potensial təhlükə mənbəyi kimi baxırdılar. Çünki o dövrdə idarəetmə sistemi bəsit şəkildə qurulmuşdu.
1999-cu illərin sonunda Bakıda «İnternet Kafe»lər peyda olmağa başladı. O zaman üçün müasir sayılan Windows 98 əməliyyat sistemi ilə təchiz olunan kompüterlərdən istifadə olunurdu. Əhalidə və xüsusəndə tələblərdə bu cür «İnternet Kafe»lərə marağı artırmaq üçün hər həftənin şənbə və bazar günləri saat 9:00-12:00 qədər 1 saatlıq pulsuz hazırlıq internet kursları təşkil olunurdu. Bütün bunlardan faydalanmağa çalışırdım. Belə ki, özüm üçün indi mənə gülməli görünsə də bir sxem qurmuşdum. Deyə ki, saat 9:00-da filan «İnternet Kafe», saat 10:00-da başqa «İnternet Kafe»-də və sair. Beləliklə kompüter və internetə dair biliklərimi möhkəmlədirdim. Yeni tətbiqi proqramlar ilə tanış olurdum.
Beləcə illər keçdi. Əldə etdiyim yeni biliklərin və səhvlərin hesabına təcrübə yığmağa başladım. Lap Папа Карло kimi çalışırdım. Bir dəqiqə boş vaxtım yox idi. Elə onda başa düşdüm ki, kommunikasiya sahəsində müəyyən uğurlar əldə etmişəm.
Sonra isə dostlarıma, tanışlara kompüter seçməkdə və almaqda kömək etməyə başladım. Təbii ki, əməliyyat sistemi və yeni proqramların yazılışı, onların tənzimlənməsi, hətta proqramlara aid dərs keçməyi belə mənim boynuma qoyurdular. Daha sonra bu cür kompüterlərdə problemlər yaranmağa başladı. Tanışlar və ya dərs dediyim şagirdlər kompüterlərini diaqnostika üçün yanıma gətirməyə başladılar. Demək olar ki, mənim simamda pulsuz yardım xidməti. Beləliklə illər ötdü….
Maraqlı bir fakt da deyim ki, əməliyyat sistemini yazdığım, bərpa etdiyim böyük əksəriyyət ev və ofis kompüterlərinin istifadəçisi olan şəxslər konkret proqramlar üzrə böyük təcrübə yiyəsi olsalar da kompüterə texniki qulluğu və ona hər hansı bir proqramı yazmağı bacarmırdılar. Həmişə bu işi çətin və başa düşülməyən sayırdılar.
Bu cür istifadəçilər üçün məlumat xarakterli sayt yaratmaq hələ 2003-cü ildə fikrimdə idi. Lakin gündəlik qayğılar, əsgərliyə getməyim bütün bunların üstündən xətt çəkdi.
Nəhayət 2010-2011-ci illərdə pulsuz hostinq üzərində qurulan azersayt.com -un tərkibində videoders.azersayt.com saytını yaratdım. Müxtəlif proqramlara aid istər video, istərsə də məqalələr yerləşdirdim. Lakin bu sevincimdə uzun çəkmədi. Beləliklə mənə məlum olmayan səbəblərə görə saytı bağladılar. Bir gecənin içində azersayt tabeliyində olan və alt domen üzərində qurulan 45000 saytı sildi. Bu ədalətsizlikdən sonra qərara gəldim ki, artıq mənim müstəqil öz saytım olmalıdır.
Odur ki, 2012-ci ildə Fərhad Hüseynov — dan aldığım «Statik və Dinamik saytların hazırlanması» üzrə video dərsliklərin köməyi ilə gadirov.com saytını yaratdım.
Saytın məqsədi kompüter sahəsi ilə maraqlanan və bu sahədə ilk addımlarını atan şəxslərə yardımçı və dünyagörüşün artırılmasına kömək olmaqdır.

Çox fikirləşdikdən sonra belə qənaətə gəldim ki, sayt multimedia formatında olmalıdır. Dərslər video formatında verilməlidir. Çünki video dərs və video kurslar bilik əldə etməyin ən tez və ən asan yoludur.
Başqa bir səbəbi isə video kurslar və video dərslər istifadəçiyə addım-addım və dəqiq bu sahəni öyrənməyə kömək edir.
Eləcədə video kursları və video dərsləri hazırlayan mütəxəssislər böyük əksəriyyət hallarda dərs prosesinin gedişini daha sadə üsulla izah etməyə və onu əyani göstərməyə çalışırlar. Bu isə proqramı öyrənən yeni istifadəçi üçün çox əlverişlidir. Məsələn əgər video dərsdə qovluğun necə yaradılması göstərilirsə, onda istifadəçiyə sadəcə bir əməliyyat ardıcıllığını yerinə yetirmək qalır ki, o da video dərsdə göstəriləni təkrarlasın. Daha onun haqqında digər mənbələri axtarmasın. Bu da öz növbəsində vaxta qənaət etmətəyə imkan yaradır, eləcədə bahalı kurslara getməyə lüzum qalmır. Beləliklə video dərslərdə hazır görünüş nümunələri verilir. Adətən sadə misallar əsasında yazılan kitablarda istifadəçi qeyri-səlis nəzəri bilgilərlə rastlaşır və onu təcrübədə tətbiq etməyə çətinlik çəkir. Video dərslər isə problemin birbaşa həlli yollarını və onu öyrənməyin sadə alqoritmini izah edir.
Sizə təhsilinizdə uğurlar diləyirəm. Ən önəmlisi isə öyrəndiklərinizi tətbiq etməkdə müvəffəqiyyətlər arzu edirəm. Ümid edirəm ki, gadirov.com saytında yayımlanan video dərslərin sayəsində siz müsbət istiqamətdə nəinki öz həyatınızı, həmçinin sizə yaxın olan insanların həyatını dəyişə biləcəksiniz. Bu halda edilmişdən və öyrənilmişdən mənəvi zövq ala biləcəksiniz.

Dərin hörmətlə:  Şaiq Qədirov

gadirov.com