Ana səhifə / Word 2003 / Mətnin xarici görünüşünün dəyişdirilməsi

Mətnin xarici görünüşünün dəyişdirilməsi

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram. Bugünki video dərsimizin mövzusu Microsft Office Word 2003 proqramında mətnin xarici görünüşünün dəyişdirilməsi olacaq.

Mətnin xarici görünüşünün dəyişdirilməsi

Mətnin xarici görünüşünün dəyişdirilməsi
Mətini xarici görünüşünün dəyişdirilməsi üçün formatlaşdırma alətlər panelinin düymələrindən istifadə etməklə mümkündür. İlk növbədə mətnin xarici görünüşünün dəyişdirilməsi üçün lazımi fayl ekrana çağırılır. Bunun üçün satndart alətlər panelindəki Açmaq- Open-Открыть düyməsini vurun. Lazımi faylı seçin və Открыть vurun. Beləliklə fayl ekrana gəldi. Mətnin xarici görünüşünün dəyişdirilməsi ilk növbədə formatlaşdırma alətlər panelinini düymələrindən istifadə edək. Formatlaşdırma alətlər panelini ekrana çıxaraq və onu əyani olaraq izah edək. Fayl üzərində əməliyyat tətbiq etmək üçün onu ilk növbədə qeyd edək. Mətndə bütövlükdə abzasın,sözün və yaxud hərfi seçdirməklə formatlaşdıra bilərik. Ilk növbədə tətbiq edəcəyimiz əməliyyatlardan biri mətnin şriftinin dəyişdirilməsidir. Bunun üçün Şrif-Font-Шрифт adlanan sahədə istənilən şrifti seçirik. Məsələn: Arial. Əgər mətnin şriftinin ölçüsünü dəyişdirmək istəyiriksə, bu zaman Şriftin ölçüsü-Font size-Выбрать размер шрифта sahəsindən lazımi ölçünü seçin. Microsft Office Word 2003 proqramında standart ölçü 12 punkt göstərilir. Əgər mətndə xarici videodəyişiklik aparmaq istəyiriksə, bu zaman biz mətni Qalın-Bold-Полужирный: CTRL+B qalınlaşdıra, kursiv yəni maili Kursiv-Курсив CTRL+L və Altcizgili-Подчерктнуй CTRL+U altcizgili vəziyyətdə edə bilərik. Etdiyimiz əməliyyatları geriyə qaytarmaq üçün sadəcə düymələrin üzərinə bir dəfə vurmaq lazımdır. Mətnin şriftinin rəngini dəyişmək üçün Şriftin rəngi-Цвет шрифта (Красный)-Font color rənglər palitrasından lazımi rəngi seçirik. Qəsdən susaraq qəbul edilmiş rəng qırmızıdır. Əgər mətnə fon tətbiq etmək istəyiriksə, Rəngli fonHighlight-Выделение цветом sahəsində zövqünüzə uyğun rəng tətbiq edin. Əgər mətni haşiyələmək istəyiriksə, Xarici sərhədlər-Внешние границы sahəsində haşiyələmənin növünü seçirik. Məsələn: 4 tərəfi çərçivə. Əgər sətrlərarası məsafəni böyütmək istəyiriksə, bu zaman Междустрочный интервал sahəsindən intervalı böyüdə və kiçildə bilərik.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word proqramına aid tapşırıq 4

Word proqramına aid tapşırıq 4

Bu video dərsliklərdən böyük əksəriyyəti mətnin formatlanmasına və bunun üçün istifadə olunan format alətlər panelinə və Формат menyusuna həsr olunub. Bu video dərsimizdə biz elan mətinin Word 2003 proqramında yığılması və onun düzgün format olunmasına toxunacağıq.

Добавить комментарий