Ana səhifə / Word 2010 / Sadalanmış və nişanlanmış siyahıların ləğvi

Sadalanmış və nişanlanmış siyahıların ləğvi

Paylaşmaq!

Sadalanmış və nişanlanmış siyahıların ləğviƏziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti iyirmi doqquzuncu video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, dərsimizin mövzusu Sadalanmış və nişanlanmış siyahıların ləğvi olacaq. Bu dərs bir növ iyirmi səkkizinci video dərsin davamı sayıla bilər. İyirmi səkkizinci video dərsdə biz Sadalanmış və nişanlanmış siyahıların necə yaradılması qaydası ilə tanış olduq. Həmin video dərslikdə biz bunların ləğv olunmasına toxunmadıq. Ona görə də düşündüm ki, istənilən bir istifadəçi xüsusən də yeni başlayan istifadəçi siyahıların yaratdıqdan sonra onu nə vaxtsa ləğv etmək arzusuna düşər.

Sadalanmış və nişanlanmış siyahıların ləğvi

Odur ki, Word 2010 proqramında sadalanmış və nişanlanmış siyahıların ləğvi  üçün ilk növbədə həmin abzaslar seçilməlidir. Bizim

Sadalanmış və nişanlanmış siyahıların ləğvi
Siyahıların ləğv olunması

Sadalanmış və nişanlanmış siyahıların ləğvivideo dərsdə nümunə üçün üç abzasa Нумерация-Nömrələr (Siyahılar) adlanan format tətbiq olunmuşdur.İndi isə həmin formatın ləğvinə başlayaq. Bunun üçün sadə əməliyyat həmin abzasların seçilməsidir. Seçim aparıldıqdan sonra ilk növbədə siz proqramın lenti üzərində olan düymələrə fikir verməlisiniz. Əgər düymənin rəngi sarıdırsa, onda bu o deməkdir ki, həmin funksiya qeyd olunmuş abzasa tətbiq olunub. Bunu yeni başlayanların nəzərinə çatdırıram ki, onlar əgər bu abzasda hansı funksiyanın tətbiq olunduğunu bilmirlərsə belə baxmaqla ən azı ayırd edə bilərlər ki, hansı düymə seçilmiş abzaslara tətbiq olunub. Bizim nümunədə iki düymə aktiv görünür. Birinci düymə seçilmiş abzası sol tərəfə düzləndirən düymədir. İkinci düymə isə seçilmiş abzasa tətbiq olunmuş Нумерация-Nömrələr düyməsidir. Gəlin biraşa siyahıların ləğv olunması əməliyyatına keçək. Qeyd olunmuş abzasa tətbiq olunan Нумерация-Nömrələr funksiyasının sağ tərəfində olan ox işarəsi sıxılır. Beləliklə qarşıya çıxan sıyahıda Нет adlanan xana seçilir. Gördüyümüz kimi abzaslara tətbiq olunmuş sadalanmış və nişanlanmış siyahılar ləğv olundu.

Beləliklə biz Word 2010 proqramında sadalanmış və nişanlanmış siyahıların ləğvi mövzusunu öyrəndik. İnanıram ki, Word 2010 proqramını yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Onlar yığdıqları mətnlərdə istədikləri siyahını həm nişanlaya həm də sadalaya biləcəklər. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Bugünkü, video dərsimizin mövzusu Sənədə şəkil və clipartların yerləşdirilməsi olacaq. Qeyd etmək istəyirəm ki, Microsoft Word 2010 proqramında şəkil və cliaprtları sənədə əlavə etmək üçün müxtəlif funksiyalar mövcuddur. İndi isə bu funksiyalarla tanış olaq.

Добавить комментарий