Salam əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Növbəti video dərsliyimdə, yəni internetdə pul qazanmaq metodlarına həsr olunmuş video dərsliyimdə sizləri salamlayıram. Ümumiyyətlə mənim təqdim ediyim internetdə pul qazanmaq metodlarına həsr olunmuş böyük əksəriyyət video dərslərdə heç bir maliyyə qoyuluşunun tələb olunmadığını söyləmişəm. Dəyərli oxucularım və izləyicilərimdən bir xahişimdə odur ki, video dərsliklərə baxarkən bir qədər səbrli və diqqətli olsunlar.Həmçinin videodərsdə göstərilən ardıcıllığı pozmasınlar. Keçək əsas mətləbə! Bu məqaləni yazmamışdan və bu video dərsliyi qələmə almamışdan bir həftə əvvəl mən rus netində çalışan və kifayət qədər bu sahədə uğurlar qazanan bir müəllim yoldaşımdan bir e-mail aldım. Düzdür əvvəllər buna oxşar məqalə və yazılar oxumuşdum. Amma bir o qədər bu proyektin ciddiliyinə fikir verməmişdim. Halbuki artiq dünyada bu üsulla varlanan şəxslər artıq var idi. Lakin bu məktub mənim bu sahəyə daha ciddi fikir verməyimi və passiv gəlirin əldə olunmasının zəruriliyini aşıladı. Beləliklə mən bu proyektə onun köməyi ilə qoşuldum. Araşdırdığım ilk məsələ bu sahədə bizimkilərin nə yazdığı oldu. Bitcoin nədir? sualı ilə axtarış etməyə başladım. Demək olar ki, çox az sayda öz dilimizdə olan saytlarda bu suala cavab tapa bildim. Odur ki, onların yazdıqlarının bəziləri ilə sizləridə tanış etmək istərdim. Bu mənə verəcəyiniz sualın bir elmi cavabıdır.
Bitcoin – rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir. Bitcoinin əldə edilməsi prosesi “mayninq” adlanır. Ehtiyatı şəxsi kompüteriniz vasitəsilə də yarada bilərsiniz. Bunun üçün sadəcə ödənişsiz olaraq müştəri proqramını yükləmək lazımdır. Bitcoinlərin əldə edilməsi alqoritmi elə formada layihələndirilmişdir ki, “qəpiklərin” ümumi miqdarı 21 milyon vahiddən artıq ola bilməz. Buradan belə bir nəticə alınır ki, bitcoin ehtiyatları da qızıl kimi tükənəndir və bu da öz xüsusiyyətinə görə dövlətlərin milli valyutalarından fərqlənir. Çünki milli valyutalar istənilən miqdarda buraxıla bilər. Alqoritm daimi olaraq buraxılan bitcoinlərin sayını azaldır. Ümumi mənada yeni bitcoinlərin əldə edilməsi prosesi təxmini olaraq 2140-cı ildə baş tutacaq.
Bitcoin hesabı necə yaradılır?
Bitcoinin digər valyutalardan digər bir fərqi isə onun vahid emissiya mərkəzinin olmamasındadır. Bu halda emissiya elan edilmiş qrafik üzrə aparılır.
Son il bitcoin ətrafında baş verən hadisələrlə zəngin oldu. Onun dəyərinin yüksək sürətlə qalxması Kipr böhranına cavab oldu. Artıq bitcoinlərin əldə edilməsi üçün xüsusi cihazlar buraxılıb və sırf bitcoin bazarı ilə məşğul olacaq start-uplar hazırlanıb. Bundan əlavə, valyuta əməliyyatları ilə məşğul olacaq bir neçə birja və mübadilə məntəqələri yaradılıb.
Bitcoinlə bağlı pis xəbərlər də var. Belə ki, ABŞ-ın Milli Təhlükəsizlik Departamenti Dwolla ödəniş sistemində bitcoinlərdən istifadə edilməsinə qadağa qoyub. ABŞ valyutanı çirkli pulların yuyulmasında istifadə edildiyi ilə bağlı günahlandırır.
Hazırda isə dünyada təxminən 25 milyon manat həcmində bitcoin əldə edilib. Valyuta onu yararlı hesab edən və etməyənlər arasında böyük mübahisələrə səbəb olur.
Bu gün sizlərə təqdim etdiyim video dərslik Bitcoin rəqəmsal valyutası üçün hesabın yaradılmasıdır. Video dərsliyə baxarkən diqqətli olmağa çalışın. Əgər sizin hələ də elektron poçt ünvanınız yoxdursa, onda bu videodərsliklərdən istifadə edərək elektron poçt(e-mail) yarada bilərsiniz. Daha ətraflı aşağıdakı video dərsdə…..
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır