Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.
Rəng sxemləri
Təqdimatın xarici görünüşünü dəyişmək üçün ən sadə yol şablonu dəyişməkdir. “Satış Planı” faylını ekrana çağıraq. Faylı ekrana çağırmağın bir çox yolları vardır. Bu üsulların birindən istifadə edək. Standart alətlər panelində olan Açmaq-Open-Открыть düyməsini basın. Açılmış Open-Открытие документа pəncərəsində Mənim sənədlərim-My Documents-Мой документы qovluğu seçilir və sonra “Satış Planı” faylını qeyd edib Açmaq-Open-Открыть düyməsini basın. Bu təqdimatın tərtibatını dəyişmək üçün Format-Format-Формат menyusuna daxil olub Оформление слайда əmrini seçin və bu zaman ekranın sağ tərəfində Дизайн слайда adlı yeni panel yaranacaq. Burada müxtəlif tərtibata malik istənilən dizayn slaydı seçək: Orbit. Beləliklə, təqdimatın dizaynı dəyişdi. Hər hansısa bi slaydın rəng sxemini dəyişmək üçün ilk növbədə həmin slayd və ya slaydlar qrupu seçilməlidir. Məsələn, altıncı və yeddinci slyadlar. Bu cür seçim üçün CTRL düyməsindən istifadə edək. Rəng sxemini dəyişmək üçün paneldən və menyu əmlərindən istifadə olunur. Paneldən istifadə edərək, Color Schems-Цветовые схемы düyməsini basaq və bu zaman ekrana həmin şablon üçün tətbiq edilmiş rəng sxemləri çıxacaq. İstənilən bir rəng sxemini seçin. Gördüyümüz kimi qeyd edilmiş slaydlar qrupunun rəngi dəyişdirildi. Rəng sxeminin dəyişdirilməsinin digər üsulu da mövcuddur. Bu üsuldan istifadə edərək rəngi dəyişək. Format-Format-Формат menyusuna daxil olub Фон əmrini seçin. Qarşıya çıxmış pəncərənin aşağı hissəsində olan ox düyməsini basın və açılmış rənglər toplusundan zövqünüzə uyğun bir rəng seçin. Əgər rəngin qeyd olunmuş slaydlara tətbiq edilməsini istəyiriksə, Применить düyməsini sıxın. Əgər rəngin bütün slaydlara tətbiq olunmasını istəyiriksə, Применить ко всем düyməsini basın. Əməliyyatı təkzib etmək üçün Təkzib-Undo-Отменить düyməsini basın. Baxmaq üçün isə Просмотр düyməsini basın. Təqdimatı bağlayın. Qarşıya çıxmış mesaja Yə-Yes-Да cavabı verin.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır