Əziz oxucularım,gadirov.com saytının daimi ziyarətçiləri. Əvvəlki iki dərsimizdə Zədələnmiş sektorları necə bərpa etmək olar? və bad sector nədir? məqaləsində biz bu barədə ətraflı məlumat vermişdik. Bu gün ki, dərsimiz isə sərt diskdə zədələnmiş sectorların yaranma səbəbləri olacaq. Məlumdur ki, maqnit səthinin mexaniki zədələnməsi müxtəlif səbəblərdən baş verə bilər. Sərt diskdə zədələnmiş sektorların yaranma səbəbi kimi onların yerə düşməsi göstərilir. Ona görə də bu cür qurğu ilə ehtiyatlı davranmaq lazımdır. Hətta əgər siz heç vaxt öz kompüterinizi və ya onun sərt diskini zədələməmisinizsə, bu o demək deyildir ki, bu problem sizi gözləmir. Bu probləmə daha bir səbəb kimi sərt diskin nəqli və kompüterə quraşdırılması zamanı baş verən ehtiyasızlıq ola bilər.
Sərt diskdə zədələnmiş sektorların yaranma səbəbləri
Sərt diskdə zədələnmiş sektorların yaranma səbəblərinin ən geniş yayılmış forması istehsalçı tərəfindən zay məhsulun buraxılmasıdır. Hətta dünyanın ən məşhur brendləri belə vaxt aşırı zay məhsul edə bilərlər.
Beləliklə, yuxarıda sadalanan əsas səbəblər üzündən sərt diskdə zədələnmiş sektorlar yarana bilər. İlk növbədə, bu sərt diskin düşməsi, məsələn, döşəməyə və ya güclü zərbə ola bilər.Bu zaman maqnit səthinin zədələnməsi ilə nəticələnə bilər.İkinci ən çox yayılmış səbəbi isə sərt diskin istehsalı zamanı texnoloji prosesin pozulmasıdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır