Bad sector

Paylaşmaq!

Bad sectorƏziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.Bu günki dərsimiz kompüter sahəsində ən çox rast gəlinən problemlərdən birinə həsr olunacaq. Məlumdur ki, bad sector — kompüter diski və ya fləş diskdə qarşısıalınmaz zədələnmə səbəbindən istifadə edilə bilməyən (və ya əməliyyat sisteminin məqbul giriş əldə edə bilmədiyi) yaddaş sektorudur.

Bad sectorBad sector

Bu zədələnmə disk səthinin fiziki zədələnməsi ola bilər və ya sektorların maqnit və eləcə də rəqəmsal vəziyyətlər arasında ilişib qalması nəticəsində baş verə bilər.

Bad sectorBad sectorlar, adətən disk utilitləri vasitəsilə aşkar edilir. Microsoft Windows sistemində belə utilitlərdən ən çox istifadə olunanlar CHKDSK və ya SCANDISK proqramlarıdır. UNIX-kimi sistemlərdə isə BadBlocks proqramından istifadə olunur.

Adı çəkilən bu proqramlar bad sectorları aşkar etdikdə onları istifadəyə yararsız kimi işarələyirlər. Qeyd edək ki, bütün fayl sistemləri bad-sector işarələrini qəbul edirlər. Və nəticədə əməliyyat sistemi bu cür işarələnmiş sektorlara ümumiyyətlə müraciət etmir, yəni bu sektorlara verilənlər yazılıb-oxunmur.

Əgər fayllardan hər hansı biri disk utiliti tərəfindən «bad» kimi işarələnmiş sektordan istifadə edirsə bu zaman həmin fayl boş sektora yönləndirilir və oxuna bilməyən həmin məlumatlar itmiş olur. Fayl korlanmalarının qarşısını almaq üçün bərpa metodları bad sektorların aşkar edilməsindən daha öncə işə salınmalıdır.

Sərt diskin normal işləməsi halında bad sektorun aşkar və fiziki olaraq başqa sektora təyin olunması, sistemin digər hissəsi üçün şəffaf şəkildə həyata keçirilir və bu əməliyyat verilənlər itmədən öncə baş verir. Lakin qeyd etmək lazımdır ki, sərt diskin fiziki olaraq zədələnməsi onun yalnız müəyyən hissəsinə təsir etmir. Bu zədələnmə bir çox halda sərt diskin müxtəlif fayllarının hissələrini də əlaqədar etmiş olur.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий