Ana səhifə / Power Point 2003 / Microsoft Power Point 2003 proqramına giriş

Microsoft Power Point 2003 proqramına giriş

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. MS PowerPoint 2003  proqramı təqdimatların, şəkil və qrafiklərin göstərilməsi ilə müşayət edilən və mühazirələrin tərtibi üçün istifadə olunan proqramdır.

Microsoft Power Point 2003 proqramına girişMicrosoft Power Point 2003 proqramına giriş

Təqdimat-slaydlar ardıcıllığından ibarətdir. Hər slayda mühazirənin mətnindən əlavə müxtəlif qrafiklər, animasiya effektləri vasitəsilə hərəkətə gətirilən şəkillər daxil edilə bilər. Hazır təqdimatlar dinləyicidə çap edilmiş qrafik materiallar şəklində yaxud elektron slayd film kimi təqdim edilə bilər. İnteraktiv təqdimatın göstərilməsi tamaşaçı tərəfindən idarə oluna bilər.

Microsoft Power Point 2003 proqramına giriş

MS PowerPoint 2003 proqramına daxil olmaq üçün Başlamaq-Start-Пуск menyusuna daxil olun. Açılmış səhifənin All programs-Bсе программы sətri seçilir. Daha sonra Microsoft Office paketini sonra isə Microsoft Office PowerPoint 2003 proqramını seçin.

Microsoft Power Point 2003 proqramına girişProqram başlıq sətrindən, menyu sətrindən, alətlər sətrindən, tapşırıqlar panelindənvəziyyət sətrindən Microsoft Power Point 2003 proqramına girişibarətdir. Proqramın başlıq sətri proqramın adından və slayda verilmiş addan ibarətdir. Əgər slayda ad verilməyibsə o Təqdimat1-Presentation1-Презентация 1 kimi adlanacaq.

Microsoft Power Point 2003 proqramına girişMenyu sətru. Ekranın başlıq sətrindən aşağıda yerləşir. Burada 9 əsas menyu komandası var.

Alətlər sətri. Burada tez-tez istifadə olunan düymələr yerləşir.

Tapşırıqlar paneli. Slaydın sağ küncündə yerləşir. Burada yeni slayd yaratmaq, rəngini dəyişmək, animasiya effektləri vermək və s. digər əməliyyatlar aparmaq olar.

Vəziyyət sətri. Cari slaydların sayını, nömrəsini və digər göstəricilər burada yerləşir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Slaydin numayisi

Slayd filmin işə salınması

Bu video dərsimiz Slayd filmin işə salınmasından bəhs edəcək. Bu dərs Power Point 2003 proqramına həsr olunmuş videokursun sonuncu dərsidir. Məsləhət görərdim ki, göstərilən bütün mövzuları siz də əyani tətbiq edib faydasını görərdiniz. Slayd filmin nümayişinə F5 düyməsini basmaqla başlamaq olar.

Bir şərh

  1. Mövzunuza qulaq asdım.Çox sağ olun ki,belə bir mövzu yaratmısınız.Çox sağ olun.Əlləriniz var olsun.

Добавить комментарий