Ana səhifə / Elektron dərsliklər / Citadel virusu haqqında məlumat və ondan qurtulma yolları

Citadel virusu haqqında məlumat və ondan qurtulma yolları

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Bugünki məqaləmdə biz dünyaca məhşur olan və öz yaradıcılarına milyonlarla dollar qazandıran virus barədə danışacağam.

Citadel virusu haqqında məlumat və ondan qurtulma yollarıCitadel virusu haqqında məlumat və ondan qurtulma yolları

Məlumdur ki, gün ərzində onlarla yeni virus yaranır. Bunların böyük əksəriyyətini antivirus proqramları zərərsizləşdirə bilsələr də digərləri isə hələ də istifadəçinin kompüterinə və cibinə ziyan vurmaqda davam edir.

komputer virusuBu məqaləmlə mən sizin diqqətinizi bir məsələyə yönəltmək istəyirəm ki,kompüterinizdə antivirus proqramının olması heç də 100% kompüterinizin qorunması demək deyildir.Elə məsələlər vardır ki,o bir başa istifadəçinin öz əməli vərdişindən və təcrübəsindən aslıdır. Citadel virusu elə viruslardan biridir ki,onun haqqında danışmaq hesab edirəm ki,oxucularım və bu sahəni müstəqil araşdıran istifadəçilər üçün maraqlı olar. Bu virus öz yaradıcısına nə az nə çox düz yarım milyon dollar gəlir gətirib.  Bu məqaləni qələmə alarkən hamı kimi məni də maraqlandıran bir neçə suala cavab tapmaq istədim. Bu virus harada gizlənir? Nəyin hesabına yayımlanır və s bu kimi suallar üçün mən internet resurslarını araşdırmağa başladım. Məlum oldu ki, son dövrlərdə “cinayətkarlar” bu virus hesabına milyonlarla kompüteri yoxluxdura bilmişlər.

Təhlükəsizlik ekspertlərinin sözlərinə əsasən citadel virusunun yayılmasına iki səbəb vardır.

1. Windows əməliyyat sisteminin qeyri-leqal surətlərinin hesabına

2. Elektron poçta göndərilən fırıldaqçı xəbərlərə(mesajlara) görə

Baxmayaraq ki, antivirus istehsal edən şirkətlər citadel virusunu bir neçə ay bundan əvvəl müəyyən edə bilsələrdə, lakin onu tam zərərsizləşdirə bilmədilər. Citadel virusunun əsas işi odur ki, o kompüterinizə quraşdırılan antivirus proqramlarını bloklamağı və onların bazalarının yenilənmələrinə manə olmağı bacarır. Beləliklə ona aşkar edilməmiş qalmağa imkan verir. Kompüterdə citadel virusunun olması haqqında daha az diqqətli istifadəçilər hətta şübhələnmirdilər ki, cinayətkarların işini əhəmiyyətli dərəcədə sadələşdirirlər. Bu fakt həmçinin citadel virusunun belə geniş yayılmasının əsas səbəbidir. Daha bir fakt odur ki, bu zərərverici kodun hesabına “cinayətkarlar” kompüteri tam nəzarətə ala bilirlər.Belə ki,istifadəçiyə məxsus olan məlumatları, parol və loginləri, həmçinin bank şifrələrini çox rahatlıqla əldə edə bilirlər. Belə kompüterlər müxtəlif haker hücumlarının və başqa qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün xidmət edə bilər. Güman edilir ki, citadel virusunun istehsalçıları MDB-dən gəlmədir. Çünki rus düzülüşü ilə qurulmuş klaviaturalı kompüterlərə bu virus yoluxmur.  Amma bu heç də onu bildirmir ki, rahatlanmaq olar. Nəzərə alsaq ki, ölkəmizdə də bu çür rus düzülüşü ilə qurulmuş klaviaturadan istifadə edənlər çoxdur. Lakin gün ərzində yeni yaradılan virusların böyük əksəriyyəti daha böyük məqsədlərə xidmət edir. Əgər sizin şəxsi məlumatlarınız itirsə, bank şifrələriniz oğurlanırsa, onda təəcüblənməyin. Çünki bunlara səbəb viruslardır. Düşünürəm, unutmaq lazım deyil ki, antivirus proqramı — bu yalnız alətdir və «ən etibarlı antivirus» mövcud deyil. Bütün hərəkətlərə kompüterdə edilənlərə düşünərək yanaşmaq lazımdır və ancaq bu halda kompüterin yoluxmasının ehtimalı sıfıra yaxın olacaq. Və sonda hesab edirəm ki, istifadəçinin özü kompüter üçün əsas təhlükəni təqdim edir. Buna görə öz hərəkətlərinə düşünərək yanaşmaq, internetdə iş vaxtı riskləri qiymətləndirmək lazımdır. Kompüterə yeni proqramların quraşdırılması vaxtı antivirus müdafiəsinə tamamilə güvənməyin. Yalnız bu halda sizin kompüteriniz təhlükələrdən hasarlana bilər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий