Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.
Yekun sorğusu haqqında
Sizləri Yekun sorğusu adlanan video dərslikdə salamlayıram. Cədvəllərdən verilənlərin seçilməsindən əlavə sorğulardan statistik parametrlərin hesablanması üçün də istifadə etmək olar. Məsələn, hər pedaqoqun qruplarının miqdarını hesablamaq üçün, konstruktor rejimində sorğu yaradaq. Bazanın əsas pəncərəsində Sorğular (Queries) düyməsini sıxın. Sorğunun konstruktor rejimində yaradılması (Create Query In Design View) işarəsinin üzərində mausun düyməsini iki dəfə sıxın. Açılan dialoq pəncərəsində Kadrlar sətrini seçin, Əlavə etmək (Add) düyməsini basmaqla seçdiyiniz cədvəli sorğu konstruktorunun yuxarı hissəsin Enter Cədvəllərdən verilənlarin seçilməsindən əlavə sorğulardan statistik parametrlərin hesablanması üçün də istifadə etmək olar. Məsələn, hər pedaqoqun qruplarının miqdarını hesablamaq üçün, konstruktor rejimində sorğu yaradaq. Bazanın əsas pəncərədə (View) bəndini açın və Yekun (Totals) sətrində mausun düyməsini sıxın. Sorğunun aşağı hissəsində Yekun (Totals) sətri əlavə olunacaq. Bu sətir sahələrin qiymətləri ilə statistik hesablamalar aparmağa imkan verir. Kadrlar cədvəlinin Soyadı sahəsini mausun oxu ilə götürüb sorğunun aşağı hissəsindəki birinci sütunun birinci xanasına gətirin. İkinci sütunun birinci xanasına Kadrlar cədvəlinin Adı sahəsini gətirin. Üçüncü sütuna Qruplar cədvəlinin Qrup sahəsini gətirin. Bu sütunun Yekun (Total) xanasının açılan siyahısından Sayı (Count) sətrini seçin. Qurulmuş sorğunun yekun əməliyyatları nəticəsində Kadrlar cədvəlindəki hər bir nəfərə aid olan Qruplar cədvəlinin yazılarının miqdarı hesablanıb sorğudakı Qrup sahəsində göstəriləcək. Sorğunu yerinə yetirin. Sorğunu bağlayın. Onun strukturunu qoruyub saxlamaq üçün Hə (Yes) seçin. Dialoq pəncərəsində «Yekun sorğusu» adını yazın.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.