Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.
Cədvəlin strukturunun dəyişdirilməsi
Sizləri Cədvəlin strukturunun dəyişdirilməsi adlanan videodərslikdə salamlayıram. Cədvəllərdən daha səmərəli istifadə etmək üçün bəzi sahələrin tipini dəyişmək olar. Qruplar cədvəlini konstruktor rejimində açın. Tarix 1 sahəsinin üzərində mausun düyməsini sıxın. Dərslərin başlanma tarixinin rahat oxunması üçün tarixin göstərilmə formatını dəyişdirin. Sahənin formatı (Format) açılan siyahısından Geniş tarix (Long Date) seçin. Dərslərin qurtarma tarixini göstərən Tarix 2 sahəsi üçün də eyni formatı seçin. Konstruktor pəncərəsinin Ümümi (General) səhifəsində verilənlərin daxil edilməsinə təsir göstərən əlavə parametrləri də dəyişmək olar. Sahəyə istifadəçi tərəfindən heç bir informasiya daxil edilmədikdə oraya Susmaya görə (Default Value) parametrinin qiyməti avtomatik olaraq yazılır. Bəzən sahənin tipini göstərməkdən əlavə bu sahəyə daxil edilən qiymətin verilmiş şərtlərə cavab verməsi tələb olunur. Bu şərtlər (Validation Rule) parametri vasitəsilə daxil edilir. Məsələn, qruplarda dərslər üç ay davam edir. Biz tələb edə bilərik ki, dərslərin qurtarma tarixi düz göstərilmədikdə Access istifadəçiyə bu haqda xəbər versin. Bunun üçün (Validation Rule) parametrində Düstur tərtibatçısının köməyi ilə lazımi şərtləri göstərmək olar. İstifadəçi tərəfindən Tarix 2 sahəsi düzgün doldurulmasa Səhv haqqında xəbərdarlıq (Validation Text) parametrində yazılmış mətn ekrana çıxarılacaq. Konstruktor pəncərəsini bağlayın. Cədvəldəki dəyişiklikləri yadda saxlamaq haqqında suala Hə (Yes) cavabı verin.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır