Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri İnternetdə axtarış və axtarış parametrləri adlanan video dərslikdə salamlayıram. İnternetdə lazımi məlumatın axtarışı, axtarış sistemlərinin köməyi ilə aparılır. Siz ekranda bir neçə ən çox istifadə olunan axtarış sistemlərindən ibarət siyahını görürsünüz.
http://www.google.az
http://www.rambler.ru
http://www.yahoo.com
http://www.yandex.ru
http://www.aport.ru
http://www.google.az
http://www.rambler.ru
http://www.yahoo.com
http://www.yandex.ru
http://www.aport.ru
http://www.altavista.com
http://www.webrehberi.com
İstənilən mövzuda, məsələn, «İdman» mövzusunda, məlumat axtarmaq üçün verilmiş formaya qeyd olunan «İdman» açar sözünü daxil etmək və Axtarış (Search) düyməsini basmaq lazımdır.
İnternetdə axtarış və axtarış parametrləri
Axtarış zamanı sistem hər Web-səhifədə rast gəldiyi açar sözlərinin sayını qeydə alır. Və nəhayət, ekrana sizin verdiyiniz şərtlərə daha çox üyğun olan qovşaqların siyahısı çıxarılır. Bu siyahıda sənədlər açar sözünün sayının azalması istiqamətində nizamlanır. Axtarış prosesi ilə daha ətraflı tanış olmaq üçün Yahoo axtarış serverindən istifadə edək. Ünvan sətrinə URL-ünvanı daxil edin (www.yahoo.com) və Enter düyməsini basın. Səhifəyə nəzər salın. Səhifədə verilmiş bölmələr siyahısını görursunuz. Fərz edək ki, proqramlaşdırma dilləri üzrə kitab axtarmalıyıq. Kompüterlər və İnternet (Computers and Internet) bölməsinin üzərində mausun düyməsini basın. Yeni bölmələr siyahısı açılır. Bu siyahıda Proqramlaşdırma dilləri (Programming languages) bölməsinin üzərində düyməni basın. Ekrana yeni siyahı çıxır. İndi isə, Kitablar (Books) bölməsini seçin və düyməni basın. Beləliklə, getdikcə axtarış sahəsini daraldaraq istədiyiniz səhifəni tapa bilərsiniz. Gördüyünüz kimi, bu halda açar sözlərində istifadə edilmir.
İndi isə, axtarış aparmaq üçün açar sözündən istifadə edək. Başqa bir axtarış serverinə müraciət edək. Ünvan sətrində www.rambler.ru yazın və Enter düyməsini basın. Səhifə yükləndikdən sonra axtarış sahəsinə Hippokrat açar sözünü daxil edin və Axtarış (Search) düyməsini basın. Sistem axtarış apararaq, müvafiq səhifələrin siyahısını çıxaracaq. Lazımi səhifəni seçin. Siyahıdakı səhifələrin bir-bir brauzerin eyni pəncərəsində açılması müəyyən çətinliklərə səbəb olur. Hər dəfə siyahıya müraciət edərkən geriyə qayıtmaq lazım gəlir. Bu çətinliyi aradan qaldırmaq üçün bir neçə səhifəni eyni zamanda yükləmək olar. Mausun göstəricisini istinadın üzərinə gətirin, mausun sağ düyməsi ilə kontekst menyunu açın və Yeni pəncərədə açmaq (Open in new window) əmrini seçin.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır