Ana səhifə / Internet / Səhifələrin seçilməsi və axtarış jurnalına baxılma

Səhifələrin seçilməsi və axtarış jurnalına baxılma

Paylaşmaq!

Səhifələrin seçilməsi və axtarış jurnalına baxılmaSəhifələrin seçilməsi və axtarış jurnalına baxılma bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Səhifələrin seçilməsi və axtarış jurnalına baxılma

Əvvəl baxılmış səhifəyə keçmək üçün Geriyə (Back) düyməsindən istifadə edilir. İrəli (Forward) düyməsini basdıqda, siz növbəti səhifəyə keçə bilərsiniz. Bundan əlavə, ünvan sətrinin sağında bir düymə görürsünüz. Bu düyməni basdıqda ünvanlar siyahısı açılır. «Qısa jurnal» adlanan bu siyahıda sizin ünvan sətrinə daxil etdiyiniz ünvanlar qeydə alınır. Bu siyahıya hiperəlaqə ilə keçdiyiniz yox, yalnız ünvan sətrinə son daxil etdiyiniz ünvanlar yazılır.

Səhifələrin seçilməsi və axtarış jurnalına baxılmaSəhifələrin seçilməsi və axtarış jurnalına baxılma

İstədiyiniz ünvanın üzərində mausun düyməsini basın və brauzer onu yükləyəcək. Brauzerlə iş sona çatdıqda ünvan sahəsi təmizlənir, açıq səhifələrin siyahısı sistem menyusundan silinir. Səhifələrin seçilməsi və axtarış jurnalına baxılmaKeçmiş iş seansı zamanı baxılmış səhifələrin siyahısı jurnalda saxlanılır. Alətlər lövhəsindəki Jurnal (History) düyməsini basın. Ekranda jurnalın pəncərəsi açılır.Misal üçün, şənbə günü baxılmış səhifələrin siyahısına nəzər salmaq üçün Şənbə (Saturday) seçin. Jurnal düyməsini təkrar basmaqla pəncərəni bağlayın. İstəyinizlə Jurnaldakı siyahını silmək olar.  Xidmət (Tools) menyusundan İnternetin parametrləri (Internet options) əmrini seçin və Ümumi (General) səhifəsində Jurnalı silmək (Clear history) düyməsini basın. Təsdiqləmək üçün OK düyməsini basın. Gördüyünüz kimi jurnal boşdur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий