Ana səhifə / Bux saytlar / Webmoney saytında hesab açmaq

Webmoney saytında hesab açmaq

Paylaşmaq!

Webmoney saytında hesab açmaqƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Bu video dərsliyimWebmoney saytında hesab açmaq Webmoney saytında qeydiyyat qaydasına həsr olunacaq. Seosprintlə bağlı qələmə aldığım sayca dördüncü videodərslikdir. Bu video dərslik qazandığımızın pulları köçürə biləcəyimiz ödəniş sistemi yəni Webmoney haqqında olacaq. Məlumdur ki, saytda təkcə Webmoney deyil, həmçinin digər ödəniş sistemlərindən də istifadə etmək olar. Saytda minimum 2 rubl qazanmaq lazımdır ki, bu sistemə pul köçürə biləsən. Bu video dərslik Azərbaycanca sərh olunan ilk video dərslikdir. Dərsliyin rusca sərhinə baxmaq üçün sadəcə bu linkə vurun. Belə ki, Webmoney saytında qeydiyyat linki vurulduqdan sonra açılan növbəti səhifədə Webmoney saytında hesab açmaqqeydiyyat beş mərhələyə bölünür. Hər bir mərhələ diqqətlə doldurulmalıdır ki, sonra problem yaranmasın. Əgər siz fiziki şəxs kimi qeydiyyatdan keçib hesab açmaq fikrindəsinizsə, onda bu video dərslik məhz sizin üçün nəzərdə tutulub. Yox əgər hüquqi şəxs kimi qeydiyyat olunmaq fikrindəsinizsə, onda saytın sağ kənarında bunun üçün nəzərdə tutulmuş xüsusi təlimatla tanış olmanız gərəklidir. Birinci mərhələ mobil telefonun qeydiyyatı ilə başlayır. Bu proses sade görünsə də əslində burada kiçik nüaslar var ki, onu qeyd etməmi özümə borc bilirəm. İlk növbədə nömrə sizin adınızda qeydiyyatda olmalıdır. Sonra nömrə daxil olunarkən beynəlxalq formatda yazılmalıdır. Nömrə cari anda işlək olmalıdır. Niyə?Webmoney saytında hesab açmaq

Çünki qeydiyyatın növbəti mərhələsində sizə təsdiq üçün kod göndəriləcək. Həm də istər hesabdan pul göndərərkən, istərsə də digər maliyyə əməliyyatları apararkən nömrə vasitəsilə təsdiq prosesi gedir. Odur ki, daxil etdiyiniz nömrə daimi işlək olmalıdır. Nömrə bağlı olsa və ya hansı səbəbdənsə yansa onun ehtiyat üzünü çıxarmağı unutmayın. Nömrəni sonrakı mərhələdə dəyişmək olduqca çətin prosesdir. Növbəti ikinci səhifə isə şəxsi məlumatların doldurulması ilə başlanır. Buradakı sahələr dəqiq doldurulmalıdır. Xüsusən e-mail adresi deqiq yazılmalıdır. Belə ki, əgər göstərilən elektron poçt səhv daxil edilərsə, onda tam emin olun ki,ora təsdiq üçün kod göndərilməyəcək. Daha ətraflı aşağıdakı videodərsdə…

Webmoney saytında hesab açmaq

Webmoney saytında qeydiyyat

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Məktub oxumaqla pul qazanmaq

Məktub oxumaqla pul qazanmaq

İndi isə məktubun mətninə diqqət yetirək. Burada tapşırığın mətnində bizdən nə tələb olunur. Cavab olaraq biz hansı varinatı seçməliyik. Əgər sizin rus dili ilə bağlı probleminiz yoxdursa, rahat oxuyub anlaya bilirsinizsə, onda verilmiş suala uyğun cavabı asanlıqla tapa bilərsiniz. Başqa bir üsul həmin mətni tərcümə ilə məşğul olan saytların birində tərcümə etməklə tapmaq olar. Üçüncü üsul isə cavabın mətnin daxilində verilmiş rəqəmə uyğun olaraq tapılmasıdır.

Добавить комментарий