Ana səhifə / Xəbərlər / Sahibkarlar üçün distant təlim keçirilib

Sahibkarlar üçün distant təlim keçirilib

Paylaşmaq!

Sahibkarlar üçün distant təlim keçirilibİqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə» mövzusunda növbəti distant təlim keçirilib.

Sahibkarlar üçün distant təlim keçirilib


Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən aparılan treninqdə Bakı şəhərində, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Aran, Abşeron və digər iqtisadi rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib. «ICTnews» elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, təlimdə biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və «SWOT» təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzi saytının elanlar bölməsində yerləşdirilir. Arzu edənlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий